Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Dek 14:32Sehiyye
Həkim-dietoloq: "Qışda xəmir yeməkləri yemək olmaz" - Doğru bilinən yanlışlar
Respublikaxeber.az qidalanma ilə bağlı həkim-dietoloq Fuad Məcidovun “report”a müsahibəsini təqdim edir
- İmmun sistemini gücləndirmək üçün nələr edilməlidir?
- İmmun sistemi insan orqanizmi üçün çox vacib amillərdən biridir, çünki bütün xəstəliklərin başında immun sistemi durur. İmmun sistemini möhkəmləndirmək üçün birinci növbədə insanlar artıq çəkidən canlarını qurtarmalıdırlar. İnsanların doğru bildikləri yanlış bir fikir var ki, kök insanda immun sistemi güclü olur. Tamamilə yanlışdır, əksinə, çəkisi normal və az olan insanlarda immunitet daha güclü olur.
- İmmuniteti yüksəltmək üçün qış fəslində lazım olan qidalar hansılardır?
- Birinci növbədə, qırmızı, adi bildiyimiz ət qəbul edilməlidir. Yəni balıq, quş və iribuynuzlu və xırdabuynuzlu heyvan ətləri... Çünki ətin tərkibi protein, dəmirdir.
İkinci növbədə, təzə tərəvəzlər, xüsusən qış tərəvəzləri qəbul olunmalıdır. Brokkoli, qabaq (kabakçi), kələm, xüsusən gül kələmi faydalıdır. Eyni zamanda qış fəslində dənli bitkilərdən bol miqdarda istifadə etmək lazımdır.
- Qeyd etdiyiniz qidaları bişirərkən nələrə diqqət etmək lazımdır?
- Qidaları çox bişirmək olmaz. Elə etmək lazımdır ki, qidaların tərkibində olan vitaminlər, minerallar, mikroelementlər məhv olmasın.
- Səhər yeməyində nə məsləhət görürsünüz?
- Ən əsas faktorlardan biri səhər yeməyidir. İnsanların səhər yeməyində mütləq iki ədəd yumurta yeməklərini məsləhət görürəm. Yumurtada kalsium, kalium, maqnezium, sink, minerallar, mikro elementləri var ki, onlar da immunitetin yüksəlməsinə kömək edir.
Səhər yeməyində yumurta, kəsmik, pendir, şor, zeytun, yağ, sıyıq normal yeməklərdir. Səhər yeməyinin tərkibində mütləq yağ, protein və karbohidrat olmalıdır.
- Bəs hansı meyvələr qış mövsümündə daha faydalıdır?
- Vitamin A, B, C ilə zəngin olan meyvələr hazırda daha faydalıdır. Rəngi sarı və qırmızı olan meyvələrdən bol miqdarda istifadə etmək lazımdır. Misal olaraq, alma, naringi (mandarin), portağal, kivi, avakado, ananas, qreyfrutun adını çəkə bilərəm.
- “Qışda çoxlu çay içmək lazımdır, isti çay soyuqdan qoruyur” - deyirlər. Bu fikir doğrudurmu?
- Bu, doğru fikir deyil. Doğru bilinən yanlış fikirlərdəndir. Çayın yerinə bol miqdarda su içmək lazımdır. Maddələr mübadiləsini sürətləndirən faktorların ən vacibinin su olduğu sübut edilib.
- Bəs ədviyyatlardan hansını məsləhət görürsünüz?
- Ədviyyatların şahı zəncəfildir. Darçın, mixək, hil, qaraçörəkotu, itburnu, kəklikotu, yaşıl çay, qara istiot, nanə,cəfəri, kərəviz, soğan və sarmısağı bol miqdarda istifadə etmək lazımdır.
- Bəzən insanlar vitamin qəbulunun ən asan yolunu dərman preparatlarından istifadə etməkdə görürlər. Buna münasibətiniz necədir?
- Əgər ehtiyac yoxdursa, bədəni dərmanla yükləməyə lüzum görmürəm. Kimsə qan azlığından şikayət edirsə, ona immuniteti yüksəltmək, dəmiri normaya salmaq, anemiyanı aradan götürmək üçün dərman istifadə etmək olar. Əks halda, vitamin qəbul etmək məqsədilə təzə meyvə və tərəvəzlərdən istifadə etməyi məsləhət görürəm. Çünki dərman preparatları qaraciyəri sıradan çıxarır.
- Qışda xəmir yeməklərindən çox istifadə edilir. Xəmir xörəklərini çox qəbul etməyin zərəri varmı?
- Xəmir yeməkləri yemək olmaz. Xəmir karbohidratdı, şəkərdir, qlükozadır. Plov da, xəngəl də, tort da eyni şeydir. Xəmir yeməkləri və şirniyyat immuniteti aşağı salan qidalardır. Şəkər və xəmir xörəkləri beyni qidalandırmır. Əksinə, onlar beyni kütləşdirir. Xəmir yeməyi yeyən adamın dərhal yuxusu gəlir, amma ət və yanında tərəvəz yeyən şəxsin beyninə oksigen və qan yaxşı işləyir deyə belə problemlər olmur.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB