Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Dek 17:48Sehiyye
“Üçüncü dozadan sonra “Omicron”a qarşı qoruyuculuq 25 dəfə artır”
Yeni növ koronavirusun (COVID-19) “Omicron” ştamı hazırda 89 ölkədə aşkar edilib, Ümumdünya Səhiyyə Təşkilatı virusun yeni variantına bir neçə gün ərzində yoluxanların sayının iki dəfə artdığı barədə məlumat verib. İranın paytaxtı Tehranda “Omicron” ştamına ilk yoluxma qeydə alınması ölkəmiz üçün də real təhlükə yaradır.
Respublikaxeber.az “AzərTAc”a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirovun dediyinə görə, koronavirusun yeni dalğasının qarşısını almaq mümkün olmasa da, sakinlər peyvənd olunaraq qoruna bilərlər:
““Omicron”la əlaqədar belə bir problem var. Daha əvvəl peyvənd edilənlər və daha əvvəl xəstəliyi keçirənlərdə də bu və ya digər şəkildə xəstəliyə yoluxmaq təhlükəsi var. Bunun da öhdəsindən “buster” doza ilə gəlməyin mümkünlüyünü söyləyənlər var. Hətta iki peyvənd vurulması “Omicron” ştamından qorunmaq üçün kifayət etmədiyi halda üçüncü dozadan sonra həmin ştama qarşı qoruyuculuq 25 dəfə artır. Ümid etmək olar ki, bu baxımdan üçüncü doza peyvənd vurdurmaq sayəsində “omikron”un ciddi fəsadları ilə üz-üzə gəlməyəcəyik”.
Həkim-infeksionistin dediyinə görə, “Omicron” ştamı yaşlılarla bərabər uşaqları da yoluxdura bilər:
“Xüsusilə sıxlıq, tünlük olan yerlərdə, havasız məkanlarda onun yayılma ehtimalı digərlərinə nisbətən dəfələrlə çoxdur. Ona görə Yeni il ərəfəsində bir yerə toplaşmaq, ölkə daxilinə və xaricinə gediş-gəlişin çoxalmasına görə sosial məsafənin qorunması, maska taxılması, əl gigiyenasına riayət olunması kimi tədbirlər peyvənd qədər olmasa da, 100-ə 70 hallarda xəstəliyə yoluxmadan qoruyur”.
Sağlamlıq hər şeydən daha üstündür. Xüsusilə bayramı doğmaları ilə keçirmək istəyənlər pandemiya dövrünün tələblərini mütləq nəzərə almalıdırlar.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi