Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Apr 22:36Olke
Ağdamda baza infrastrukturu ilə bağlı əsas işlər yekunlaşmaq üzrədir, növbəti mərhələdə görüləcək işlər açıqlanıb
Ağdam şəhərinin Baş Planı təsdiq olunub və ictimaiyyətə təqdim olunub.
Respublikaxəbər.az, xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, elə o dövrdən, yəni 2021-ci il mayın 28-dən etibarən bu proseslər geniş vüsət alıb: “Minatəmizləmə fəaliyyəti çətin də olsa, çox sürətlə həyata keçirildi. Artıq bir neçə dəhliz açılıb və həmin dəhlizlərdən istifadə edərək əsas baza infrastrukturu çəkilməkdədir. Bu ilin sonunadək yekunlaşması gözlənilir. Bərdə-Ağdam yolu qrafikə görə gələn il yekunlaşmalıdır. Amma biz hesab edirik ki, bu ilin sonuna qədər də yekunlaşa bilər. Bunun üçün əlimizdən gələni edirik”.
Emin Hüseynovun sözlərinə görə, artıq Ağdam şəhərinə elektrik xətti çəkilib, “Ağdam-1”, “Ağdam-2” yarımstansiyaları tikilib və Qarabağ Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istifadəyə verilib: “Hazırda rayona magistral qaz xəttinin və su xəttinin çəkilişi üzrə layihələndirmə işləri yekunlaşır. Birinci rübün yekunlarına həsr olunmuş müşavirədə cənab Prezidentin qeyd etdiyi kimi, bu il ərzində əsas su anbarı olan Xaçınçay su anbarı, Ağdamkənd su anbarı və onlardan çıxan kanalların bərpası ilə bağlı layihələndirmə işləri artıq yekunlaşma mərhələsindədir. Onların bərpası işləri üçün tenderlər elan olunacaq və bu işlərə başlanılacaq. Yəni artıq baza infrastrukturu ilə bağlı əsas işlər yekunlaşmaq üzrədir və sosial infrastrukturun tikintisinə başlanılıb.
Eyni zamanda, həm 1 nömrəli məktəbin, həm xəstəxananın, həm yaşayış binasının həm də sənaye parkının tikintisi başlanıb. Bundan başqa, tarixi- mədəni obyektlərin, İmarət Kompleksinin, Qiyaslı məscidi, Cümə məscidinin restavrasiyasına da başlanılıb. Növbəti mərhələdə artıq biz şəhərin mərkəzi hissəsinin, bilavasitə ictimai məkanların bərpası ilə məşğul olacağıq. Bu da bizi Böyük Qayıdış mərhələsinə bir qədər də yaxınlaşdıracaq”.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi