Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 İyn 14:46Olke
Tural Gəncəliyev: “Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik”
“Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik”.
Oxu.Az-ın məlumatına görə, “Qarabağa dönüş” təşkilatının rəhbəri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyev qurumun miqrasiya komitəsində çıxış edib.
Millət vəkili işğaldan azad olunan ərazilərdə vaxtı ilə ermənilərin basdırdıqları minaların yaratdığı problemlərdən danışıb:
“Şuşa şəhərindən keçmiş məcburi köçkün kimi mən və işğaldan azad edilmiş Qarabağın digər yerlərindən yüz minlərlə azərbaycanlı hələ də öz dədə-baba torpaqlarına geri dönə bilmir. Çünki işğal dönəmində Ermənistan Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasını həyata keçirib. Demək olar ki, hər gün biz mülki vətəndaşların mina partlayışları nəticəsində həyatını itirməsi, yaxud yaralanması ilə bağlı xəbərlər eşitməli oluruq. Bu səbəbdən biz öz təməl insan hüquqlarımızdan, mülkiyyət hüququmuzdan, geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik”.
Tural Gəncəliyev bildirib ki, münaqişənin humanitar nəticələri ilə bağlı məsələlər doğurdan da vacib əhəmiyyət kəsb edir:
“Bu xüsusda Azərbaycan tərəfindən saxlanılan erməni əsgərlərin məsələsi ilə bağlı qeyd edim ki, Azərbaycan Respublikası tərəfindən atılan addımlar beynəlxalq hüquq çərçivəsində olub. Xatırladıram ki 8 iyun tarixində Avropa İnsan Hüquqları Məhkəməsi ermənilər tərəfindən qaldırılmış ittihamı rədd etdi. Bir daha qeyd edirəm ki, biz yalnız üçtərəfli bəyanatın imzalanmasından sonra həbs edilən şəxslərdən danışırıq”.
Millət vəkili AŞPA təmsilçilərinin diqqətinə Azərbaycanın sülh çağırışlarına erməni tərəfinin qeyri-konstruktiv münasibət göstərməsini də çatdırıb:
“Həmkarlarıma xatırlatmaq istəyirəm ki, AŞPA tərəfindən qəbul olunmuş 1416 saylı qətnamə Azərbaycan ərazilərinin işğaldan azad olunmasına çağırırdı. Mən çox şadam ki biz nəhayət sülhdən danışa bilərik. Azərbaycanın və regionun ən böyük su anbarı olan Mingəçevir su anbarını bombalamağa çağırış edən xanım N.Zohrabyandan fərqli olaraq biz sülhə inanırıq”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi