Sorğu
Оцените работу движка

23 İyn 14:39Olke

175 il əvvəl Bakıda qazılan və dünyada ilk olan neft quyusu - FOTO

175 il əvvəl Bakıda qazılan və dünyada ilk olan neft quyusu - FOTO



175 il əvvəl o zaman Rusiya imperatorluğunun tərkibinə daxil olan Bakı yaxınlığındakı Bibiheybət qəsəbəsində dünyanın ilk sənaye neft quyusu qazılıb.

Bu barədə “Sputnik Azərbaycan”ın “Telegram” kanalı məlumat yayıb.

Qazma işləri 1846-cı ilin yanvarında Zaqafqaziya Bölgəsinin Baş İdarəsinin üzvü Vasili Semyonovun təklifi ilə başlayıb. İyun ayına qədər iki quyu qazılıb ki, onlardan birində neft çıxıb. Həmin quyunun dərinliyi 21 metrdir.

Bu, dünyada ilk neft quyusu hesab olunur, çünki ABŞ-da ticari neft hasilatı başlamazdan 13 il əvvəl qazılıb.

Azərbaycan tarixçiləri bunun təsdiqini Rusiya arxivlərində tapıblar.

2017-ci ilin aprelində tarixi quyu Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bərpa edildi və ictimai baxış üçün açıldı.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi