Sorğu
Оцените работу движка

23 İyn 10:20Olke

Kürdəmirdə kişi bıçaqlandı: Tanışları həbs edildi

Kürdəmirdə kişi bıçaqlandı: Tanışları həbs edildi




İyunun 18-i Kürdəmir rayonu ərazisində Yaşar Baxşıyevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğunda aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışları Xəyal Heydərov və Tural Cəbrayıllının şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Yaşar Baxşıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 29, 120.2.5-ci ( tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Xəyal Heydərov və Tural Cəbrayıllı qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi