Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
19 İyn 12:02Olke
BMT önündə Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq sərgi keçirilib
ABŞ-ın Nyu-York şəhərində BMT baş qərargahı önündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən yerləşdirilmiş minaların xəritəsinin verilməməsinə etiraz olaraq sərgi keçirilib.
sərgidə Ermənistanın Azərbaycanın tarixi torpaqlarında terror siyasətini davam etdirdiyinə dair faktlar, minaya düşərək faciəvi şəkildə həyatlarını itirən hərbi və mülki şəxslərin fotoları əks olunub.
Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan - Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Sərgi ABŞ ictimaiyyətinin, BMT-də fəaliyyət göstərən media nümayəndələrinin və diplomatların diqqətini cəlb edib.
Azərbaycan - Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli sərgi ziyarətçilərini erməni silahlı birləşmələri tərəfindən zəbt olunan Azərbaycan torpaqlarının hər qarışında basdırılan minaların partlaması nəticəsində hərbi və mülki şəxslərin həlak olmağa davam etdiyi haqqında məlumatlandırıb.
BMT-də fəaliyyət göstərən jurnalistlər Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov haqqında məlumat alıb, jurnalistlərə qarşı atılmış bu mənfur addımın qəbuledilməz olduğunu deyiblər.
Sərgi ilə tanış olan Efiopiya, Gürcüstan, Rusiya və Çin diplomatları Ermənistan tərəfinin təcavüzkar addımlarını qınayıb və cinayətkarların beynəlxalq məhkəmələrdə cavab verməli olduqlarını deyiblər.
Ə.Yerdələnli bildirib ki, 20-dən çox fotonun nümayiş olunduğu sərgini keçirməkdə məqsəd dünyanın ən böyük təşkilatı olan BMT-də fəaliyyət göstərən əcnəbilərin diqqətini cəlb etmək və Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır: “Biz BMT-nin önünə əbəs yerə gəlməmişik. Buradakı güclər – beynəlxalq təşkilatların nümayəndələri, hüquq müdafiəçiləri dünyada baş verənlərə biganə qalmadıqlarını deyirlər. Ermənilərin bu əməlləri cinayət və etnik təmizləmədir. Minalanmış ərazilərlə bağlı xəritələrin Ermənistan tərəfindən Azərbaycana verilməməsi həm də, bölgədə sülhün bərpa olunmasına ciddi əngəl yaradır. Bu məsələ ən qısa zamanda həllini tapmalıdır”.
Respublikaxeber.az
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib