Sorğu
Оцените работу движка

17 İyn 10:22Olke

Ağdamda itkin düşən 43 yaşlı kişinin mina parlaması nəticəsində öldüyü məlum oldu

Ağdamda itkin düşən 43 yaşlı kişinin mina parlaması nəticəsində öldüyü məlum oldu


Ağdamda iyunun 8-də itkin düşən şəxsin işğaldan azad edilmiş ərazidə minaya düşərək həlak olduğu müəyyənləşib.

Ağdam rayonunun Seyidli kənd sakini 43 yaşlı Cəsarət Hətəmxanovun elə həmin kəndin ərazisində minaya düşdüyü bildirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları C. Hətəmxanovun meyitini ərazidən götürmək üçün tədbirlər həyata keçirir.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində işləyib. İşlədiyi sexdən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb. Bir müddət sonra isə o yaxınları ilə əlaqə saxlayaraq Seyidlidə olduğunu bildirib. Ondan sonra isə C. Hətəmxanovla əlaqə saxlamaq mümkün olmayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib. İşğaldan azad olunan ərazilərdə ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları onun axtarışına cəlb olunub.

Məlumat üçün bildirək ki, C.Hətəmxanovun işğaldan azad edilmiş və minalardan təmizlənməmiş ərazilərə keçərək itkin düşdüyü ehtimal olunduğu üçün həmin ərazilərdə xüsusi olaraq axtarış tədbirləri aparılırdı. Mina təhlükəsi və çətin coğrafi relyef nəzərə alınaraq axtarışlarda dronlardan da istifadə olunurdu.



Respublikaxeber.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi