Sorğu
Оцените работу движка

16 İyn 18:23Olke

Qurban Qurbanov: “Bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir”

Qurban Qurbanov: “Bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir”



“Qarabağ” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq.
Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirib:

“UEFA Konfrans Liqası yeni turnirdir. İlk dəfə təşkil olunan turnirə tam məsuliyyətlə yanaşmalıyıq. Bizim üçün bu turnir ilk təcrübədir. Daha əvvəl İsrail təmsilçiləri ilə qarşılaşmışıq. Məncə, bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir. Çox güclü klubları var. Təsadüfi deyil ki, mövsümü üçüncü pillədə başa vurublar. Amma “Aşdod” bizə tanış deyil və daha əvvəl qarşılaşmamışıq. Bu gündən etibarən rəqibi daha yaxından tanımağa, güclü və zəif tərəflərini araşdırmağa başlayacağıq. Rəqibi yaxından izlədikdən və araşdırdıqdan sonra ətraflı danışmaq olar. Bu turnirdə də azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, “Qarabağ” bu rəqibi ilə iyulun 22-də Bakıda və iyulun 29-da Aşdod şəhərində qarşılaşacaq.



Respublikaxeber.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi