Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 İyn 14:55Olke
Bütün planları həyata keçən ümummilli lider
Bəlli yaşdan sonra anlayırsan ki, yadda qalmaq hər şeydən vacibdir. Mütləqdir ki, yadda qalmaq üçün gərək çox ciddi iş görəsən. Elə bir addım atasan ki, üstündən yüz illər keçsə belə unudulmasın.
Tarixi yazan insanlar çox zaman görməli olduqları işi görür, öhdəliklərini yerinə yetirirlər. Yadda, tarixdə qalmaq kimi bir məsələ onları narahat etməz. Sadəcə onların necə böyük olduqlarını insanlar zamanla anlayar.
Heydər Əliyevin adını bu gün də çəkəndə postsovet ölkələri onun hökmünü yaxşı xatırlayır. Zəhmi və hökmü olduqca yüksək olan Heydər Əliyev hər kürsüdə sözünü deməyi bacarıb, istədiyini həyata keçirib. Moskvada, böyük dövlətin mərkəzində Azərbaycanın maraqlarını qoruyub. Bəzən gözəgörünən, bəzən də gizli yollarla düşmənlərə qarşı mübarizə aparıb. Böyük ustadın etdiyi şahmat gedişləri bu gün də öz aktuallığını qoruyur.
Bu gün Azərbaycan Türkiyə münasibətlərinin yüksək səviyyəyə çatmasında, “Bir millət iki dövlət” kimi çiyin-çiyinə düşmənlərlə mübarizə aparmasında Heydər Əliyevin danılmaz rolu var. Bu münasibətlərin özülünü böyük ustad çox möhkəm qoyub. Bu özül 44 günlük Vətən müharibəsində “Bayraktar”ın Qarabağ səmasında pərvaz etməsinə səbəb oldu.
Heydər Əliyev özünə məxsus siyasi məktəbin banisidir. Bu siyasət çoxvektorlu gedişlər, dəqiq zərbələr, bəzən gizli atılan addımlar, müxtəlif konfiqurasiyalı nəticələrə malikdir. Heydər Əliyev Qərblə qərbin dilində, Şərqlə isə şərqin dilində danışa bilirdi. Məhz bu biliklər onun incə siyasətinin əsasını təşkil edirdi.
Rusiya ilə daha əvvəlki hakimiyyət tərəfindən dağıdılmış diplomatik münasibətlərin bərpası da Heydər Əliyevin adıyla bağlıdır. O, şəxsi əlaqələri hesabına iki ölkə arasındakı münasibətləri əvvəlcə böhrandan çıxartdı, daha sonra onları yeni inkişaf mərhələsinə qaldırdı. Daha sonra isə iqtisadi, mədəni və siyasi əlaqələri möhkəmləndirməyə başladı.
Vətən müharibəsi dövründə Azərbaycan hökumətinin daşdan keçən əsas dəlili BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnaməsi idi. Qətnamələrin qəbul olunma tarixinə baxaraq bu məsələnin də necə həll olunduğunu görə bilərik.
Həm iqtisadi, həm də siyasi cəhətdən dağılmış ölkənin parçalanmaq kimi çox böyük təhlükəsi var idi. Sadəcə bəxtimiz onda gətirdi ki, Heydər Əliyev yenidən ölkənin rəhbərliyinə gəldi və Azərbaycanı məhv olmaqdan qurtara bildi.
Heydər Əliyev mümkünsüz layihələri reallaşdırmaq bacarığına malik idi. 1990-cı illər, ölkə səfalət içində, müharibə şəraitində, 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə durub. O isə “Əsrin müqaviləsi” ilə 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunmuş ölkəyə onlarla nəhəng investoru gətirməyə nail oldu. Hansı ölkə başçısı bu qədər problemləri olan ölkəyə xarici investor gətirə bilərdi? Və həmin investorları inandıra bilərdi ki, sizin milyonlarınız batmayacaq, əksinə qazanc əldə edəcəksiniz.
Heydər Əliyev digər iqtisadi layihələrin ərsəyə gətirilməsində də müstəsna rol oynayıb. “Əsrin müqaviləsi” imzalanmamışdan əvvəl bütün bəndlərin Azərbaycan dövlətinin xeyrinə olması üçün həftələrlə görüşlər keçirmişdi.
Bu gün geriyə baxanda Heydər Əliyevin Azərbaycan üçün reallaşdırdığı əvəzolunmaz işləri görürük. Çətin vəziyyətlərdə, beynəlxalq danışıqlarda əsəbini cilovlayıb işə davam etdiyi görürük. Koçaryan, Sarqsyan kimi cinayətkarlarla danışıqlar masasında mübarizə apardığını görürük. Halbuki bu şərəfsizlər Heydər Əliyevlə bir masada oturmağa belə layiq deyildilər. Bunu Heydər Əliyev bilmirdimi? Çox da yaxşı bilirdi. Amma onun üçün ölkəsinin maraqları bütün şəxsi münasibətlər qat-qat üstün idi.
Tarix hələ bu məsələlərin göründüyündən və dərk olunduğundan daha yüksəkdə olduğunu sübut edəcək.
Bu gün Azərbaycan qürurlu, qalib və iqtisadi cəhətdən güclü ölkədir. Bu gün Ali Baş Komandan ulu öndərin yaratdığı siyasi xətlə fəaliyyətini davam edir.
Və ən vacibi Ali Baş Komandan İlham Əliyev bir zaman ulu öndərə verdiyi sözü yerinə yetirdi. Ata vəsiyyətini reallaşdırdı. İşğal altında olan torpaqları azad etdi. Dünyanın göstərdiyi bütün təyziqlərə baxmayaraq, ordusunu Şuşaya qədər apardı. “Zəfər yolunu” ordusu, zabiti ilə bir keçdi. Xalqı heç vaxt birləşmədiyi kimi bir amal, bir məqsəd uğrunda birləşdirdi. Mübarizə üçün hər kəsin səfərbər olmasına nail oldu. Özü də xalq olaraq bunu hər birimiz istəyərək etdik.
İlham Əliyev Azərbaycan tarixinə adını yazdı. Qələbəni yazdı. Bütün çətinliklərin qarşısına prinsipiallığını və siyasi iradəsini qoydu.
Ali Baş Komandanın mübarizəsi isə davam edir. Görüləcək xeyli iş, xeyli öhdəlik var qarşısında. Azərbaycanı yeni, daha güclü səviyyəyəyə qaldırmaq kimi məqsədi var Ali Baş Komandanın.
Qurtuluş günümüz hələ belə qürurlu, möhtəşəm olmamışdı. Bu günü qalib, məğrur, başı uca, sözünü deyən xalq kimi qeyd edirik.
Qarşında böyük ehtiramla təzim edirik, Ümummilli lider. Ruhun şad olsun.
Bütün planların həyata keçdi.
Respublikaxeber.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi