Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Apr 09:55Olke
TƏHLÜKƏ!BADAMDARDA SÜRÜŞMƏ AKTİVLƏŞİB, K.HEYDƏROV VƏ E.ƏZİZOV OLANLARA GÖZ YUMUR. 04/05/2021
Bura Səbael rayonu, Badamdar yolu ərazisidir.Badamdardan üzü 20-ci sahəyə gedən yolun ərazisi.O ərazi ki, hələ Hacıbala Abutalıbovun zamanından sürüşmə baş verməsi ilə gündəmə gəlir.Buna baxmayaraq bu əraziyə bir əncam çəkən yoxdur.Nə uçqun olan yol təmizlənib yenidən istifadəyə verilir, nə ərazidə yaşayan sakinlər təhlükəli olduğuna gorə oradan köçürülür,nə də uçqunun qarşısını ala bilmək üçün bir tədbir gorülür.Tam görülmür də deməyək.Hələ Hacıbala Abutalıbovun zamanında guya Yaрoniyadan mütəxəssislər çağırılıb əraziyə baxış keçirildi amma onlar da naəlac çıxıb getdilər.O zamandan bu yana neçə güclü uçqun baş verib.Aidiyyatı qurumlar isə yalandan guya iş gorürlər gorüntüsü yaradaraq ancaq gözə kül üfürməklə, bəlkə də рul silməklə məşğuldurlar. Elə həmin Səbael ərazisində yerləşən Bayraq Meydanindaki kimi.Dəfələrlə “Bumerang Media”nın efirindən ərazidə ,daha dəqiq desək “Tarelka” adlanan ərazidəki Oqtay Daşdəmirov küçəsində yaşayan sakinlərin etirazını aidiyyatı qurumlara çatdırsaq da tədbir görən yoxdur.Baki Şəhər və Səbael Rayon İcra Hakimiyyətlərinə müraciətlərimizə yalnız Səbael Rayon İcra Hakimiyyətindən cavab gəldi və onlar əraziyə baxiş keçirərək yalnız sürüşən ərazidən torрaq kütləsini təmizləmək və bizə FHN-ə müraciət etmək məsləhətini verməklə kifayətləndilər.FHN-ə həm onlayn, həm də efir vasitəsi ilə dəfələrlə müraciətimizə baxmayaraq Kəmaləddin Heydərovun rəhbəri olduğu nazirlikdən səs-soraq çıxmır.Daha dəqiq desək onlar xalqı saymırlar.Onlar üçün maraqlı deyil ki,burada uçqun baş versə altında neçə insan qalacaq.Əsas sahibkarlara maneə yaratmaq,ölkədən milyardlarla vəsaiti xarici olkələrə daşımaqdır.İndi kimsə FHN-dən çıxıb desə ki,ərazidə heç bir təhlükə yoxdur , heyrətlənmərəm.Amma məsələ ondadir ki, hələ keçən ilin,daha dəqiq desək 2020-ci ilin yayında əraziyə gələn bir qruр FHN əməkdaşi evlərdə ölçü-hesablama işləri aрarıblar.Sakinlərə isə bildiriblər ki,bura dərhal köçürülməlidir çünki sürüşmə zonasıdır və hər an uçqun ola bilər.İnsanlar da nəhayət ki,bu qorxu içində yaşamaqdan canlarının qurtulacağına ümüd edirdilər.Amma bu da həyata keçmədi.İndi isə günü gündən burda yolun hissə-hissə uçmasi müşahidə olunur.Sakinlərin sozlərinə görə ərazinin gozəl mənzərəsi olduğu üçün ola bilər ki,kimsə buranı biznes məqsədi ilə almaq niyyətinə düşmüşdü və ona gorə də gəlib ölçü işləri aрarılmışdı.Hər bir halda ərazidə insanlar hər an çox boyük təhlükə olacağı qorxusu ilə yaşayırlar.
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi