Sorğu
Оцените работу движка

05 Apr 00:54Olke

DİN-Yol polislərin dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı reyd keçirib

[media=https://www.facebook.com/polisazerbaycan/videos/271016311384677]
Respublikaxəbər.az-ın məlumatına görə,Yol polislərin dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı reyd keçirib


Paytaxtın küçə və prospektlərində dayanma durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə yol polisləri tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, 2-ci cərgədə nəqliyyat vasitərini saxlayan sürücülərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilib. Bakı şəhərinin müxtəlif nöqtələrində keçirilən reydlərdə avtobus dayanacaqlarının bir neçəsinin digər nəqliyyat vasitələri tərəfindən zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin sürücülər, həmçinin, dayanma-durma qaydalarını kobud şəkildə pozan digər nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılması təmin edilib.

Qeyd edək ki, dayanma-durma qaydalarını pozan sürücülər küçə və prospektlərdə, ictimai nəqliyyat üçün ayrılmış zolaqları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə həmin ərazidə yaşayan, mənzil başına vaxtı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının narahatlığına və haqlı narazılıqlarına səbəb olurlar.

Bir daha sürücülərdən “Yol Hərəkəti Haqqında” qanunun tələbləri çərçivəsində yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması, özlərinin isə inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələri tələb olunur.

Respublikaxəbər.az 0518310101
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi