Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
06 Mar 14:21Olke
ƏZİZLƏRİ HƏBSDƏ OLANLARA ŞAD XƏBƏR!! ÖMÜRLÜK MƏHKUMLARIN SAYI AÇIQLANDI: ONLAR DA ƏFF OLUNA BİLƏR
Hazırda Azərbaycanda 273 nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxs var.
Əfv Məsələləri Komissiyasından Modern.az-a daxil olan məlumata görə, Novruz bayramı ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanacağı gözlənilən əfv sərəncamının siyahısına ömürlük məhkumların da adı daxil edilib.
Hüquqşünas, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, ömürlük məhkumlar məsələsi illərdir cəmiyyətinin diqqətindədir:
“2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilmişdi. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənmişdi.
Ötən il koronavirusa görə xüsusi risk qrupuna aid edilən yaşı 65-dən yuxarı olan 176 məhkumun sağlamlığı əsas götürülərək, azadlığa buraxıldı. Onların içində 11 qadın və ömürlük azadlıqdan məhrum edilmiş iki nəfər var idi. Qanunvericilikdə ömürlüklərin azad olunma qaydaları bir qədər də sadələşdirilib. Onların şərti olaraq azad edilmələri üçün məhkəməyə müraciət qaydalarında dəyişiklik edilib. Belə ki, əvvəllər ömürlük məhbuslar müraciət edib rədd cavabı aldıqdan sonra 1 il yeni müraciət üçün gözləməli olurdularsa, indi belə deyil. Onlar rədd cavabından 6 ay sonra yenidən azad edilmələri üçün müraciət etmək hüquqları qazanırlar”.
Ə.Nuriyev deyib ki, Azərbaycanda qanunvericilik ömürlük həbsdə olanların azadlığa çıxma imkanlarını bu və ya digər dərəcədə tanıyır:
“Cinayət Məcəlləsinə edilən dəyişikliklər onlara imkan verdi ki, cəzalarının 25 ilini çəkdikdən sonra vaxtından əvvəl şərti olaraq azadlığa çıxmaq üçün müraciət etsinlər. Amma xüsusilə son 5 ildə davranışları ilə fərqlənən, hər hansı intizam tədbirləri almamalıdırlar. Belə şəxslərə məhkəmə vaxtından əvvəl azadlığa çıxmaq imkanı verə bilər.
2017-ci il 10 fevralda cəzaların humanistləşdirilməsi ilə bağlı ölkə prezidentinin sərəncamı ilə Cinayət Məcəlləsində 300-dən artıq tərkibdə dəyişikliklər baş verdi. Digər tərəfdən, ömürlük məhbusların azadlığa çıxmaq imkanlarından biri də əfvə müraciətlə bağlıdır. Ömürlük həbsə məhkum edilmiş istənilən məhbus cəzasının 10 ilini çəkəndən sonra əfv üçün müraciət edə bilər. Onların cəzaları 25 illə də əvəzlənə bilər. Bu da həmin məhbusun azad edilmə imkanlarını xeyli dərəcədə yaxşılaşdırır.
Azərbaycan praktikasında belə əfv sərəncamları olub. 2019-cu ildə 3 ömürlük məhbusun cəzası müddətli cəza ilə əvəzləndi. Müddət başa çatandan sonra onlar cəzadan azad edildilər. Bundan əvvəl əfv sərəncamları ilə ömürlük məhbusların da azadlığa çıxdıqlarını biz praktikada görmüşük. Əfv Komissiyasına ömürlük məhbuslar da müraciət edirlər. Komissiya da qanunvericiliyin meyarlarını əsas götürüb tövsiyə xarakterli qərarlar qəbul edir. Qəbul edilən qərar pozitiv də, neqativ də ola bilər. İstənilən halda qanunvericilik onların azadlığa çıxma imkanlarını tanıyır. Sadəcə, qanunvericiliyin tələblərinə uyğun olaraq bu proseduralar olmalıdır”.
Əliməmməd Nuriyev deyib ki, ömürlük məhbusların böyük əksəriyyəti ağır qətllər törətmiş şəxslərdir:
“Onların azadlığa çıxmalarının ən vacib amillərdən biri də tərəflərin barışıq əldə etmələridir. Əfv üçün müraciət hüququnun yaranması əfv anlamına gəlmir. Müraciət mütləq komissiya tərəfindən müəyyənləşdirilir. Məhbusun azadlığa çıxdıqdan sonra cəmiyyət, ətraf üçün təhlükəli olmayacağına əminlik yaranandan sonra həmin məhbusun azadlığa çıxmaq imkanları artır. Əfv etmək cənab prezidentin müstəsna səlahiyyətindədir”.
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər