Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Fev 16:12Olke
"Bir dəfə də olsun Yevlax İcra Hakimiyyəti vəziyyətimizlə maraqlanmayıb" - Qazinin anası
44 günlük Vətən savaşının qələbə ilə başa çatması Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Bu qələbədə payı olan hər kəsə böyük qayğı və diqqət göstərmək isə hər birimizin müqəddəs borcudur. Tarixi qələbəmizin baş memarı olan, Ali Baş Komandan Prezident cənab İlham Əliyev tərəfindən hətta ölümündən sonra belə müxtəlif orden və medallara layiq görülən şəhidlərimiz də var.
Deməli, heç kəsin əməyi unudulmur. Hazırda hərbi hospitallarda və mülki xəstəxanalarda yetərincə qazilərimizin həyata qaytarılması üçün həkimlərimiz bütün güc və bacarıqlarını ortaya qoyublar. İnanırıq ki, həmin qazilərimiz tezliklə müalicə olunub sağlam həyata qovuşacaqlar. Ancaq, elə yaralılarımız da var ki, hələ də ölümlə-qalım arasında mübarizə aparırlar. Belə yaralılardan biri də 1993-cü il təvəllüdlü Yevlax sakini Seymur Ələkbərovdur.
Seymur hələ müharibədən öncə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü olaraq yazılıb. Xidmətindən 7-8 ay sonra müharibə başlayır. O da hamı kimi 44 günlük müharibədə iştirak edir. Goranboydan Ağdərə istiqamətinə qədər döyüşüb. Döyüşlərdə sağlamlığını itirən Ə.Seymurun anası Mətanət Ələkbərova oğlunun sağlamlığının ağır durumu ilə bağlı Yeniavaz.com saytına müraciət edib.
Qazinin anası Mətanət xanım bildirir ki, hazırda evləri olmadığına görə, Yavlax şəhəri 31-ci məhəllədə kirayədə yaşayırlar:
"Seymur hərbçi olub və oktyabr ayının 19-u Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb. O, sol ayağının çanaq nahiyyəsi və onurğasından zədə alıb. Lakin xəstəxanada müalicə alsa da hələ də sol ayağını hərəkət etdirə bilmir. Xəstəxanadan çıxandan sonra da vəziyyəti stabilləşmir. Oğlumun iki az yaşlı övladı var. Oğlumun biri isə 4 il əvvəl böyrək çatışmazlığından dünyasını dəyişib. Altı ay dializ qəbul etdi. İmkan olmadığı üçün böyrək köçürməsi etdirə bilmədik. Qardaşının bir övladı da Seymurun himayəsindədir.
M.Ələkbərova bildirib ki, Yevlaxda köhnə şəraitsiz evimiz var. Amma bu ev çox bərbad şəraitsiz vəziyyətdədir. Sağ olsunlar bundan əvvəl bu barədə bildirmişdik. Evimizə istilik sistemi çəkildi. Lakin ev antisanitariya vəziyyətində olduğuna görə yaşamaq mümkün deyil. Neçə aydır ayı 200 manata kirayədə yaşayırıq. Hələ bir dəfə də olsun Yevlax şəhər İcra Hakimiyyəti, Bələdiyyə bizim qapını açıb vəziyyətimizlə maraqlanmayıblar. Tək istəyim oğlumun sağlamlığına qovuşmasıdır. Onun ayağa qalxması lazımdır. İki körpə övladı var. Mən buradan Prezidentimizə, Mehriban Əliyevaya, Ombutsmana müraciət edirəm oğlumun sağlamlığının bərpa olunması üçün kömək etsinlər".
Qeyd edək ki, Seymur Ələkbərov “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Respublikaxeber.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi