Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Fev 11:33Olke
DOKTOR, BƏZI HƏKIMLƏR VARDIR KI, ONLAR QƏBULUNA GƏLƏN XƏSTƏNI HEÇ DINLƏMƏK BACARIĞINA DA MALIK DEYILDIRLƏR. NƏ ÜÇÜN BELƏDIR?
Həkimlik sənətinin nə qədər ağır, çətin və şərəfli peşə olduğunu hər birimiz yaxşı bilirik. Onu da bilirik ki, həkimlik sənəti eyni zamanda çox məsuliyyətli bir sənətdir.Yəni ona görə məsuliyyətlidir ki, çünki insan həyatı sənə etibar edilir. Gərək sən də bu etibarı, inamı layiqincə doğrulda biləsən. Həkimlik sənətinin incəliklərini əslində bir həkimdən eşitmək daha doğru olardı. Elə mən də Salyan şəhərinə səfər edərkən Salyan Rayon Mərkəzi Xəstəxanasının önündən keçərkən nədənsə Xəstəxanaya daxil olub, biraz həkimlə həmsöhbət olmaq qərarına gəldim. Elə Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru və həmin vəzifəyə yenicə təyinat almış Tibb Elmləri Namizədi Doktor Ramin Qasımovla görüşdüm. Baxın həkimlik sənəti ilə bağlı Ramin doktor qısa da olsa bizə vaxt ayıraraq bunları danışdı.
Ramin Qasımov: - Həkim olmaq asandır, yəni oxusan həkim ola bilərsən. Ancaq yaxşı həkim olarsan və ya olmazsan, onu bilmək çətindir. Düzdür, universitetdə, akademiyada hər şeyi öyrədirlər, insanın bədənini qarşına qoyurlar, onun incəliklərini anlatmağa başlayırlar. Ancaq bunlardan da ən vacibi təcrübədir. İnsan təcrübədə daha yaxşı öyrənir. Xəstələrlə münasibətdə öyrənir. Belə ki, bir insanı dinləmək, onun xəstəliklərini araşdırmaq, dəqiq diaqnoz qoymaq həqiqətən çətindir.
Ramin Qasımov:- Elə buna görə də müəyyən vaxt keçdikdən sonra belə həkimlər sıradan çıxırlar. Əsl həkimlər, əsl sənət, peşə sahibləri isə elmin dalınca gedirlər. Çünki elm olan yerdə ucalmaq mümkündür. Elm insanı ucaldır, zirvələrə qaldırar. Mən həkimlik sənətini elə-belə seçməmişəm, onun vurğunu olmuşam. Elə bilirəm ki, dünyaya yenidən gəlsəm, yenə də həkim olaram. Bir xəstəni sağaltmaq, onu yenidən həyata qaytarmaqdan gözəl nə ola bilər ki! Mən həqiqətən sənətimin vurğunuyam. Xəstələrimlə yaşayıram. Onların sağlamlığı mənim də sağlamlığımdır.
Elyaz Gülüyev:- Siz nə qədər vaxtdır bu vəzifəyə təyin olunmusuz?
Ramin Qasımov:- təxminən iki aydır ki, təyinat almışam.
Bəli əziz oxuyucularımız,
Ramin doktorun barəsində ətrafdan xoşməramlı sözlər eşitdik. Aldığımız məlumata görə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ailəsinə və Qarabağ əlillərinə ayrıca diqqət göstərir. Hətta onların müayinə və müalicə olunması üçün əlindən gələni əsirgəmir. Ramin doktorun az müddətli fəaliyyətindən Salyan rayon sakinləri çox razıdırlar. Ramin doktorun barəsində yazdıqlarımız tam həqiqətdir, tərif deyil. Hətta Ramin doktorun bir halı ilə də şahid olduq, O, tərifi xoşlamır. Ona dəfələrlə xahiş etdikdən sonra haqqında bir neçə cümlə yazaraq ictimaiyyətə belə səhiyyə işçilərimizin olmasını çatdırmağımıza icazə verdi. Həkimlərimizi qoruyaq, çünki, onlar bizi qoruyur. Allah Ramin doktorumuzun timsalında cümlə həkimlərimizi qorusun.
RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər