Sorğu
Оцените работу движка

10 Fev 15:42Olke

Bakıda narkotacir ələ keçdi - FOTO/VİDEO

 Bakıda narkotacir ələ keçdi - FOTO/VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini İlqar Kərimov Sulutəpə qəsəbəsi ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, onun əlində olan bağlamaya baxış zamanı ümumi çəkisi 1 kiloqram olan narkotik vasitə heroin və 70 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, İlqar Kərimov narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşından əldə edib. O, həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.
Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, İlqar Kərimov tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




 Bakıda narkotacir ələ keçdi - FOTO/VİDEO
 Bakıda narkotacir ələ keçdi - FOTO/VİDEO

Respublikaxeber.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi