Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Fev 11:08Olke
ƏHALİNİN DİQQƏTİNƏ! Bu dərmanların reseptsiz istifadəsi TƏHLÜKƏLİDİR - AÇIQLAMA
Azərbaycanda televiziya kanallarında ən çox yol verilən nöqsanlardan biri də dərman vasitələrinin reklamı ilə bağlıdır.
Respublikaxeber.az xəbər verir ki, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə yaydığı hesabata qeyd olunur ki, il ərzində Azərbaycanda ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına yol verilib və bu pozuntulardan biri də dərman vasitələrinin reklamı ilə bağlıdır. Hesabatda bildirilir ki, həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin (Dərman vasitələrinin reklamı) tələbləri nəzərə alınmalıdır.
Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.
Məsələ ilə bağlı trend-ə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, ixtisasca həkim olan Musa Quliyev bildirib ki, ümumiyyətlə dərman vasitələrinin reklam edilməsinin tərəfdarı deyil.
O qeyd edib ki, dərmanların reklamı "Dərman vasitələri haqqında" qanunda öz əksini tapıb:
"Həmin qanun qəbul edilməmişdən öncə dərmanların reklamı tamamilə qadağan olunmuşdu. Sonradan müvafiq icra hakimiyyəti orqanının tövsiyəsi ilə Milli Məclisə qanun layihəsi gəldi. Həmin qanun layihəsində reseptsiz satılan dərmanların reklamına icazə verilirdi. Ancaq biz orada düzəliş etdik ki, reklam forması Səhiyyə Nazirliyi ilə razılaşdırılmalıdır.
Dünyanın bir sıra ölkələrində bu təcrübə mövcuddur, reseptsiz satılan dərmanların reklamına icazə verilir. Amma mən nə dərman vasitələrinin, nə də bioloji aktiv qida əlavələrinin reklamının tərəfdarıyam. Çünki dərman müalicə vasitəsidir. Yalnız həkim bilir ki, hansı dərman hansı xəstəyə kömək edər, hansı dərman hansı dərmanla işlənsə yaxşı təsiri olar. Elə dərman olar ki, müəyyən insanlarda allergiyaya səbəb ola bilər. Amma buna baxmayaraq, bir sıra ölkələrdə reseptsiz satılan dərmanların reklamına icazə verilir".
Metbuat.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi