Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Fev 10:20Olke
Üç medallı 20 yaşlı Qarabağ qazisi: “Ayaqlarımı yaralandığım yerdə basdırdılar” - MÜSAHİBƏ + FOTO
Üç medallı 20 yaşlı Qarabağ qazisi: “Ayaqlarımı yaralandığım yerdə basdırdılar” - MÜSAHİBƏ + FOTO
“Bir dəqiqə... Bəlkə də həyatımın bütün axarını dəyişəcək o dəqiqəni gecikdim. Üç nəfər idik. Silah yoldaşlarım irəlidə, mən isə axırda gedirdim. Onlar yubanmadan səngərə girdi. Elə irəli atılıb, səngərə girəcəkdim ki, düşmənin atdığı minaatan mərmisi düz yanıma düşdü. Partlayışın dalğası məni havaya qaldırdı, elə göydə ayaqlarımı kəsib atdı. Bədənimin ikiyə bölündüyünü gözlərimlə gördüm...” Bu sözlərin müəllifi İkinci Qarabağ müharibəsinin yaşı az olsa da, ürəyi böyük, mərd və cəsarətli qazisi, Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Alxasov Camal İlqar oğludur. Camalı sosial şəbəkələrdən tanıyırsınız. Sumqayıtın ən ağır yaralanan qazilərindən biridir.
44 günlük müharibədə yaşananları isə qəhrəman qazimizin elə öz dilindən eşidək.
Oxu.Az İkinci Qarabağ müharibəsinin 20 yaşlı qazisi Camal Alxasovla müsahibəni təqdim edir:
- Müharibənin başladığını hərbi xidmətdə öyrəndiniz. Ailənizə məlumat verə bildiniz?
- Düşmən bizə qarşı növbəti dəfə təxribatlara əl atdı. Onlara layiqli cavab verilməli idi. Bizə də müharibənin başlandığı barədə məlumat verildi və ilk olaraq Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdik. Mən orada maddi texniki təminat işinə baxırdım. Səngərdə olan əsgərlərə silah-sursat, qida daşınmasına baxırdım. Bizim taborun maddi-texniki təminat bölüyündə idim.
- Güllə yağışının arasında maşın idarə etmək çətin deyildi?
- Çox çətinlik olurdu. Artilleriya atəşinə məruz qalırdıq. Müharibə bitənə qədər Qubadlıyadək mübarizə apardıq. Biz evlərdə yatmırdıq ki, minaatanla vurarlar, ev uçar başımıza. Çöldə yaş torpaqda yatırdıq. Füzulidə, Cəbrayılda, Qubadlıda altında yatmadığımız ağac, kol-kos qalmamışdı. Səhərə qədər üstümüzə şeh düşürdü.
“Döyüş meydanında dəfələrlə atəşə tutulmuşuq”
- Neçə nəfər birlikdə hərəkət edirdiniz?
- Biz üç nəfər idik. Mən sürücü idim, digər iki nəfər isə mənimlə birlikdə gedirdi. Vaxtımız az olurdu, ancaq tapşırıqlara uyğun olaraq lazımi şeyləri əsgərlərə çatdırırdıq. Oktyabrın 31-nə qədər dəfələrlə ölümdən qurtulmuşduq. Amma o gün qismət belə idi, belə oldu...
- Hadisənin oktyabrın 31-i baş verdiyini dediniz. O gün nə oldu?
- Qubadlıda bizim 10 tonluq su maşınımız qalmışdı. Ayın 31-i səhər-səhər üç nəfər həmin maşının arxasınca getmişdik. Yarım saat maşını təmir etməyə çalışdıq. Elə həmin an düşmənin atdığı minaatan mərmisi maşının yaxınlığına düşdü. Qəlpələrdən biri gözümün küncünə dəydi, o biriləri isə qollarımı müxtəlif yerlərdən yandırdı. Zərbədən sonra ərazidən kənara qaçdıq.
Sonra gizləndiyimiz hasarın yaxınlığına daha bir minaatan mərmisi düşdü. Oradan uzaqlaşmaq istəyəndə polkovnik-leytenant Tahir Məmmədov əli ilə bizim onlar tərəfə gəlməli olduğumuzu işarə etdi.
“O günü heç vaxt unutmayacam”
- Yaralanmağınızı xatırlayırsınız?
- Həmin ərazidən qaçanda bir neçə dəqiqəmiz vardı. Çıxmasaydıq, həmin mövqeləri bombalayacaqdılar. Əsgərlər irəlidən qaçdı, mən də arxada idim. Orada zirzəmi vardı, qaçdıq ki, ora girək. Cəmi bir dəqiqə... Bütün həyatımı o bir dəqiqə gecikmə həll etdi. Düşmənlə aramızda 200-300 metr məsafə vardı.
Zirzəmiyə girməyimə 10 metr qalmışdı ki, minaatan mərmisi düz arxama düşdü. Partlayışın dalğası məni havaya qaldırıb göydə ayaqlarımı kəsdi. Sol ayağımı dizdən 4 barmaq yuxarı, çarpaz kəsdi, sağ ayağımı isə topuqdan aparsa da, qəlpələr sümüyü dağıdıb, baldırımı təmiz parçalamışdı. Qolu üstə yerə çırpıldım, sağ qolum sındı. Barmaqlarım işləmir. Sol əlimin isə barmağı kəsildi, tam qopmamışdı. O qədər qan itirirdim ki, gözlərimi aça bilmirdim.
- Döyüş meydanında yaralı halda çox qaldınız?
- Dayanmadan atırdılar. Məni ordan çıxarana qədər bədənimə, qollarıma qəlpələr dəydi. Bir də bəxtim onda gətirdi ki, qəlpələrdən biri şah damarımı yandırdı, qanaxmanın qabağı bir az alındı. Bir müddət sonra uşaqlar məni sürüyə-sürüyə zirzəmiyə saldılar.
Döyüş yoldaşlarım mənə “qardaşım, şəhid olursan, uca zirvəyə yüksəlirsən. Axirətdə görüşərik” dedilər. Bir kəlmə dedim ki, mənə kömək eləyin.
“Həyatımı ambulans sürücüsü Ehtiram Quliyevə borcluyam”
- Bəs sizi oradan xəstəxanaya necə apardılar?
- Mən Qubadlıda gedən döyüşlərdə yaralanıb. 2-3 saat o vəziyyətdə zirzəmidə qaldım. Heç bir maşın risk eləyib ora gələ bilmirdi. Nəhayət bir ambulans gəldi və məni Xanlıq kəndinə apardı. Məni güc-bəla ilə maşına qoydular. Xanlıq kəndinə çatana qədər özümdə deyildim.
Nəhayət məni xəstəxanaya çatdırdılar. Orada 7-8 saat mənim üzərimdə əməliyyat aparılıb. Heç kim sağ qalacağıma inanmırdı. Çox çətin və riskli əməliyyatı Roman Çobanov adlı həkim etdi. İlk olaraq Ehtiram müəllimin, daha sonra Roman həkimin sayəsində mən bu gün sizinlə söhbət edirəm. Əməliyyatdan ayılanda dəhşətli ağrılar hiss edirdim. Ayaqalarımdan birini baldırdan yuxarı, digərini isə bir az aşağı kəsdilər. Buna səbəb isə ayağımın zərbədən təmiz parçalanması idi.
Bir neçə santimetr sümük saxlaya bildilər ki, gələcəkdə protez düzəldiləndə istifadə edim. Bir onu bildim ki, dedilər ki, təcili Bakıya çatdırılmasam, yaşama şansım az olacaq. Bakıya isə çatmağım, hansı vəziyyətdə çatacağım sual altında idi. Çox riskli olsa da, itirəcəyim heç nə qalmamışdı. Ehtiram məni Fəxri həkimlə birgə ambulansla Bakıya gətirib çatdırdı.
“Yaralanmışam, amma bomba kimiyəm”
- Bakıya çatana qədər nələr baş verdi?
- 31 oktyabr əməliyyatdan çıxmışdım. Bir neçə saat sonra gecə ilə yola düşdük. Ambulansın sürücüsü Ehtiram Quliyev məni Bakıya çatdırmağa nail oldu. Bəlkə də heç kim bu riski gözə ala bilməzdi. Çünki həkimlər mənim sağ qala bilməyəcəyimi demişdilər. Bəlkə mən belə bu qərarı verə bilməzdim, amma yaxşı ki, o bu riski gözə alıb mənim həyatımı xilas etdi.
Gecə oyandım, su istədim. Amma mənə su vermədilər. Atama zəng etmək istədiyimi dedim. Sürücü telefonunu verdi ki, al, zəng elə. Yolda atamla danışanda dedim, narahat olma, yaralanmışam “Papanin”ə (Silahlı Qüvvələrin Baş Klinik Hospitalına - red.) gəlirəm. Atam özü də Birinci Qarabağ müharibəsində iştirak edib. Hərbi Hospitala gətirildiyimi deyəndə başa düşüb ki, vəziyyətim ağırdı. Amma mən heç nə demədim. Nəhayət çatdıq.
“Ayaqlarımı yaralandığım yerdə basdırdılar”
- Səninlə eyni yerdə olan digər iki əsgərdən nə xəbər var?
- Əsgər yoldaşlarım mənim xəstəxanaya çatanda şəhid olduğumu zənn ediblər. Onlardan birinin boynunu qəlpə yaralamışdı. Hamı deyib ki, Camal şəhid olub. Sonra polkovnik-leytenant Tahir Məmmədov sağ qaldığımı bilib, mənə zəng etdi. Dedi ki, indi yaralandığım yerdə dayanıb, mənimlə danışır.
Mənə dedi ki, ayaqlarının ikisini də burada basdırdıq. Hər şey yaxşı olacaq. Mən ona dedim ki, yaxşıyam. Bilirsiniz, bu vəziyyətim məni incitmir. Vətən üçün canımız qurbandı. Sabah protez qoyulsa, yenə ehtiyac olsa, mən düşünmədən yenə Vətənimə xidmətə gedərəm.
Elə silah yoldaşlarımız oldu ki, bir cızıq belə yoxdu bədənində. Amma kontuziyadan heç kimi xatırlamır. Rütbəsini bilmir, ailəsini tanımır. Amma şükür olsun ki, ayaqlarım olmasa da, ağlım üstümdədir.
Xatırladaq ki, prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Alxasov Camal İlqar oğlu “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB