Sorğu
Оцените работу движка

08 Fev 16:37Olke

Avtobusda, marketdə və küçədə maska satışı doğrudurmu? – Həkimlər danışdı

Avtobusda, marketdə və küçədə maska satışı doğrudurmu? – Həkimlər danışdı

"Maskaların apteklərdən kənar satışı möhtəkirlikdən qaynaqlanır. Müvafiq qurumlar bu cür halların qarşısını almalıdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında qoruyucu maskaların son zamanlar apteklərdən kənarda - kiçik dükan, hətta küçələrdə satılmasına toxunarkən tibb elmləri doktoru Adil Qeybulla deyib:
"Avtobusda əlavə maskaların xüsusi hallar üçün sürücüdə olması başa düşüləndir. Amma təəssüf ki, son zamanlar maskanın alver predmeti olduğunu, küçələrdə, ərzaq dükanlarında satıldığının şahidi oluruq. Bu isə qətiyyən yolverilməzdir. Təbabətin ən böyük prinsipi sterillikdir. Bu olmayan yerdə təbabət yoxdur”.
"Tibbi maska satışının yalnız apteklərlə məhdudlaşdırılması işin ziyanınadır”
Bunu isə məsələ ilə bağlı sayta fikrini bölüşərkən tibb elmləri doktoru Aydın Əliyev söyləyib:
"Buna qısqanclıqla yanaşmamalıyıq. Çünki maskaların aptekdən kənar ərazilərdə satışının həyata keçirilməsi ümumi işin xeyrinədir. Yəni, indiki durumda maska satışının yalnız apteklərlə məhdudlaşdırılması işin ziyanına olar. Ona görə maskaların daha çox yerlərdə satılması məqsədəuyğundur. Hətta təklif etmişdik ki, maskalar pulsuz paylansın. Nə qədər çox insan tez-tez dəyişsə, maskadan istifadə etsə, işin bir o qədər çox xeyrinə olacaq”.
Bununla belə, həkim bildirdi ki, kənar ərazilərdə maska satanlar gigiyenik qaydalara əməl etməlidir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi