Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
08 Fev 14:37Olke
Ziya Məmmədov xalqı dolayır... - Görünəni budur...
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bu günlərdə bildirib ki, Ucarda mal-qara saxlayır, arpa-buğda əkir, çünki dolanmaq lazımdır.
İllər əvvəl mətbuat onun böyük qoyunçuluq, mal-qara, fermer təsərrüfatlarının olması barədə yazırdı. Bir vaxtlar dövlət büdcəsini “asfaltlamaqla” öz “yamaqlarını” yamayan sabiq nazir Ziya Məmmədov, bu gün qoyun-quzu, mal-qara saxladığını özü etiraf edir. Amma necə, guya keçmiş nazir kasıblayıb, dolanmaq üçün iri və xırdabuynuzlu heyvan saxlamağa məcbur olub, arpa-buğda, yonca əkir. Vaxtilə milyardlarla dövlət vəsaitini mənimsəyən sabiq nazirin “dolanmaq çətindir” deməsi sadə vətəndaşlarda haqlı olaraq, onları dolamaq kimi anlaşılıb və bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Əslində bu barədə fikir bildirməsini istədiyimiz bəzi deputatlar Ziya Məmmədovun adını eşitcək, “mənim onunla kəsişən nöqtəm yoxdur”, “vəzifədən çıxıbsa mütləq tənqid etməliyik, axı bu nəyə lazımdır?”, “yaxşı olar ki, başqa mövzu işləyəsiz” kimi məsələhətlər verməyə də çalışdılar... Demək, Ziya Məmmədovun “qılıncı” hələ də kəsərini itirməyib...
“Ziya Məmmədov o açıqlamanın hansı reaksiya doğuracağını düşünməli idi”
Ziya Məmmədovdan asılılığı, yaxud qorxusu olmayan iqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, keçmiş, indiki siyasi fiqur, yaxud vəzifəli şəxs hansısa açıqlama verərkən, o açıqlamanın hansı reaksiya doğuracağını öncədən proqnozlaşdırmalıdır:
“Ziya Məmmədov belə bir açıqlama verərkən, anlamalıydı ki, insanlar bunu başqa cür anlayacaq. Çünki illərdir ölkənin ən varlı adamlarından biri olduğu hamıya bəllidir, ən azı mətbuat illərdir bunu yazırdı. Söhbət yüz milyonlarla manatdan gedir. Amma indiki məqamda onun pozitiv məqsədlə verdiyi bir açıqlama, haqlı olaraq, insanlarda qıcıq yaradır. O özü barədə müsbət, pozitiv bir fikir formlaşdırmaq istəyirdisə də belə, tam əks-reaksiya doğurdu. Sanki xarici banklarda aktivləri olan biri 5 qoyun, 3 inək saxlamaqla dolanır. Hamı da bilir ki, bu, belə deyil. Onun, ailə üzvlərinin, oğlunun Amerikada, Londandakı aktivləri, şirkətləri, biznes şəbəkələri barədə dəfələrlə yazılıb. Ziya Məmmədovun bu açıqlaması həm məmur sinfinə, həm də dövləti indi və keçmişdə idarə edənlərə qarşı mənfi rəy yaradır. Çünki inandırıcılığı sıfırdır”.
İnkişaf tənqiddən keçir...
Ekspertin sözlərinə görə, illərdir müxalifətin etdiyi tənqidlər bu gün reallıqda təsdiqlənir:
“Məsələ burasındadır ki, bir çox təbəqə, o cümlədən məmuriyyət sinfi dövlət və hakimiyyəti bir-birindən ayıra bilmir. Uzun illərdir, bunun çətinliklərilə üz-üzə olmuşuq, təzyiqlərə məruz qalmışıq. Hətta həmin vaxtlarda biz izah edə bilmirdik ki, dövlət və hökumət fərqli nəsnələrdir. Hökumət institutsional olaraq, ölkəni idarə edən məmur sinfidir, dövlət isə hamımızındır, ortaq dəyərimizdir, onu hamımız qorumalıyıq. Hakimiyyəti tənqid isə inkişaf üçündür, kiməsə qarşı çıxmaq kimi qiymətləndirilməməlidir. Çoxları dövlət və hakimiyyəti bir-birindən ayıra bilmədiyi üçün məmurların tənqidi az qala dövlətə qarşı çıxmaq kimi qiymətləndirilir. Bundan istifadə edən korrupsioner məmurlar, sivil topluma, vətəndaş cəmiyyətinə, jurnalistlərə hücumlar təşkil edirdi. İndi asta-asta bu məsələ düzəlməyə doğru gedir. Praktik olaraq isə tənqid əsaslı olduğu üçün məmurlar buna dözmürdülər”.
“Vəzifə büdcə oğurluğuna vasitə olmamalıdır”
N.Cəfərli qeyd edib ki, Azərbaycanda bəzi məmurlar vəzifədən qoruyucu şit, sipər kimi istifadə edirlər:
“İndi maraqlıdır ki, bir vaxtlar bizim tənqid etdiyimizi hökumət KİV-ləri belə tənqid edir. Vəzifənin qalxan olması məfhumu getdikcə arxada qalmalıdır. Vəzifədən qalxan kimi istifadə edib, bütün qanunsuzluqları həyata keçirən məmur tayfası yetişib. Ölkə rəhbərinin də dəfələrlə tənqid etdiyi kimi, bunlara son qoyulmalıdır. İnsan faktorunun idarəetmədə arxa plana keçməsinin, sistemin, oyun qaydalarının, qanunların önə çıxmalı olduğu bir zamanı yaşayırıq. Bu zaman transformasiya baş versə, ölkə üçün çox böyük irəliləyiş olacaq. Bu bir daha sübut edir ki, sağlam müxalifət, sağlam jurnalistika, sağlam toplum dövlətin özünə lazımdır. Uzun illər bunun zəiflədilməsi, dağıdılması yolu tutulmuşdu ki, məmurlar rahat şəkildə büdcəni oğurlasınlar, amma indi vəziyyət mütləq dəyişikliyə doğru gedir”.
Xalqı "dolamaq lazımdır" düşünüb, "dolanmaq lazımdır" deyib
Siyasi ekspert Ərəstun Oruclu da Ziya Məmmədovun insanları doladığını düşünür:
“Yəqin o, xalq olaraq bizi "dolamaq lazımdır" düşünüb "dolanmaq lazımdır" deyib və dolayır da. Sizi bilmirəm, mən həmin an düşündüm ki, məsələn, Ziya müəllim (müəllimlər bağışlasın məni) əlində qaşov malın arxasını qaşovlayır, onun Badamdardakı mülkünü bəyənməyib bir gecədə sökdürən xanımı isə rezin çəkmədə inək sağır.
Bəli, azı 5-6 milyon manat oğurluq pula tikilmiş böyük bir imarəti bəyənməyib və sökdürüb. Əlbəttə ki, anlaşılandır, çünki əsil-nəcabəti bir neçə nəsil Versaldan, Bukingem sarayından gələnlər ən azı məkan olaraq Badamdarı bəyənməzlər.
Əlbəttə ki, ziyaməmmədovlar bizi dolayırlar, amma bunun üçün daha ağıllı bir söz tapa bilmirlər, çünki ağıl mal-qaradan, tövlədən, qaşovdan, təzəkdən-peyindən o yana keçməyib”.
Ə.Oruclu deyir ki, bu məsələdə bir hikmət də var: “Diqqət yetirmisinizsə, milyardlar oğurlamış məmurların biznesdə maraq dairəsi mal-qaradan, tövlədən, pomidor-xiyardan uzağa gedə bilmir. Bir az "abırlıları" da uzaqbaşı hotel almaqla kifayətlənir. Çünki təfəkkür budur, düşüncə budur və başqa cür də ola bilməz”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi