Sorğu
Оцените работу движка

05 Fev 11:53Olke

Tovuzda qəhrəmanlarımıza həsr olunan guşə - VİDEO

Tovuzda qəhrəmanlarımıza həsr olunan guşə - VİDEO


Tovuz rayonunun İsə Musayev küçəsinin sakinləri Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsini əbədiləşdiriblər.
Baku TV xəbər verir ki, onlar 300-dən çox şəhidin fotosunun yer aldığı lövhəni həmin küçəyə quraşdırıblar.
Birgə əməyin nəticəsi olan lövhəni hazırlamaqda məqsəd isə, vətən qəhrəmanlarının xatirəsini əbədiləşdirərək, gələcək nəsillərə çatdırmaq olub.
Şəhid olan mülki şəxslərin, hətta qətlə yetirilən körpə uşaqların fotolarının olduğu bu guşənin gecə saatlarında da rahat görülməsini təmin etmək üçün, işıqlandırmadan istifadə olunub.
Uzunluğu yeddi metrdən artıq olan foto guşəyə Vətən müharibəsinin şəhidləri haqqında məlumatlar da əlavə edilib. Küçənin aşağı hissəsində də eyni formada lövhə və bulaq kompleksi quraşdırılıb.

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi