Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Fev 15:10Olke
Leş ət yeməmək üçün bunları bilməlisiniz! – At, eşşək ətini necə tanıyaq?
Xəbər verdiyimiz kimi yararsız ətlərin satışı ilə məşğul olan daha bir şəbəkəyə zərbə vurulub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində mənşəyi məlum olmayan 10 ton mal və at əti aşkarlanıb. "At Elçin" ləqəbi ilə tanınan Elçin Kərimov saxlanılıb.
Bundan iki il öncə isə "Leş Tofiq” və onun mütəşəkkil dəstəsinin üzvləri ələ keçmiş və bu ölkə gündəminə çevrilmişdi.
Təəssüf ki, bu problem illərdir aktualdır və öz yekun həllini tapa bilmir.
Bəs, nə etməli? Bu problemin tam həlli mümkündürmü və istehlakçılar yararsız ətləri necə ayırd edə bilər?
Məsələ ətrafında Sfera.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yararsız ətlərin satışının qarşısının alınmasının üsullarını açıqlayıb:
"20 ildən artıqdır ki, yararsız ətlərin satışı ilə məşğul olan mafiyanı məhv etmək uğrunda mübarizə aparırıq. Lakin onların ifşa olunmasında ən mütəşəkkil işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Çünki bu qurum leşyığanları ifşa edir, cinayət işi qaldırır və günahkarlar həbs edilir. Ancaq Həbs olunan şəxslərin sonradan bəraət almaması lazımdır.
Leşyığanların sonu niyə gəlmir? Çünki onlara tələbat var. Belə ki, heyvanı ölən şəxslər bu cür ət alan insanları axtarır və maddi qazanc əldə etmək istəyir. Buna görə çalışmalıyıq ki, insanlarda bu istiqamətdə müəyyən əxlaq formalaşsın. Satılan leşlər uşaq bağçasından tutmuş kafe və restoranlara, evlərinizə qədər gedib çıxır. Bu məsələnin sonlandırılması üçün bundan sonra da ciddi nəzarət olmalıdır. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, ölkə bazarında satılan bütün ətlər qablaşdırılmalı və üzərində istehsal tarixi ilə istehlakçı qeyd olunmalıdır. Bu qərar yerinə yetirilərsə, hər hansı problem yaşanmaz".
Qida eksperti at və eşşək ətinə xas olan xüsusiyyətləri açıqlayaraq, insanları diqqətli olmağa çağırıb:
"Ət alan şəxslər mütləq şəkildə istehsalçıdan Qida Təhlükəsizliyi Agentliyinin sertifikatını tələb etməlidirlər. Bundan başqa əti almamışdan qabaq diqqətlə nəzərdən keçirmək lazımdır. Belə ki, ətin qabırğalarının içərisində ağ piylər varsa demək ki, bu ət camış ətidir. Əgər ət tünd rəngdədirsə və içərisində sarı piylər varsa, bu at ya eşşək ətidir. At və eşşək ətini bişirəndə xüsusilə pis iy gəlir. Bundan başqa murdar ətlərin rəngi çox qırmızı olur".
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi