Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Yan 12:34Olke
İkinci Qarabağ müharibəsinin iştirakçıları və ailə üzvlərinə sosial-psixoloji xidmətlər göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial dəstək tədbirlərinin bir istiqaməti də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının, onların yaxınlarının, müharibədən zərər çəkənlərin sosial-psixoloji dəstəklə təmin edilməsidir.
Nazirlikdən bildirilib ki, ötən il noyabrın 18-dən nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları qeyd edilən kateqoriyalardan olan 2 440 ailəyə səfər ediblər.
İlkin sorğular əsasında ailə üzvlərindən psixoloji problemləri olanlar müəyyənləşdirilib. Onlarla seanslar təşkil edilərək psixokorreksiya işləri aparılır. Bir hissəsi ödənişsiz dərman preparatları ilə də təmin olunub. Eləcə də, Agentliyin beş psixoloqla fəaliyyət göstərən “Onlayn psixoloji dəstək xidməti”nə (050 406 75 85) daxil olan 600-ə yaxın zəngdən 400-dək zəng üzrə evlərə gedilərək əyani şəkildə psixoloji dəstək göstərilib.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində isə 12-si şəhid və yaralı hərbçilərin uşaqları olmaqla 250 şəxsə sosial-psixoloji xidmətlər göstərilib. Bakı Sağlamlıq Mərkəzində müalicə alan 50-dək hərbçidən ehtiyacı olan 17 hərbçi, habelə Sərhəd Qoşunları Hospitalından 11 hərbçi də agentlik tərəfindən sosial-psixoloji reabilitasiyaya cəlb edilib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi