Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Yan 10:31Olke
Baş Göynük şəhidi Hacıyusifov Əhməd Teymur oğlu balacalıqdan kiçik bir daxmada böyümüşdü - VİDEO
Respublikaxəbər.az saytı 18 dekabr 2020-ci il tarixdə Şəki rayon, Baş Göynük kəndinin şəhidi Hacıyusifov Əhməd Teymur oğlunun 40 mərasimində iştirak ediblər. Şəhidin ailəsini ziyarət etdikləri zaman əməkdaşlarımız şəhid Əhmədin balacalıqdan valideynləri ilə birlikdə kiçik bir daxmada çətin şəraitdə yaşadıqlarının şahidi olublar. Şəhidin ana-atası övladlarının şəhid Əhmədin şəhidlik zirvəsinə yüksəlməsi ilə bağlı fəxr etdiklərini çəkiliş qarşısında deyə bilməsələr də əməkdaşlarımız onların böyük fəxr hiss duyduqlarını görüblər. Bundan əlavə də Şəhidin anası Təranə xanımın dayısı, xeyirxah iş adamı olan İsmayıl müəllim ilk öncə torpaqlarımızın alınması ilə bağlı ölkə rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevə və daha sonra Azərbaycan ordusuna təşəkkürünü bildirib. İsmayıl müəllim, bacı nəvəsi Əhmədin şəhidlik məqamına çatması ilə bağlı özünün də qürurlandığını bildirib. Biz də redaksiyamız adından şəhidimizin özünə rəhmət və məğfirət diləyib, ailəsinə baş sağlığı veririk. Allah rəhmət etsin.
HACIYUSİBOV ƏHMƏD TEYMUR OĞLU Şəki rayon,Baş Göynük şəhidi.
Hacıyusibov Əhməd Teymur oğlu, 23 iyun 2001-ci ildə Şəki rayon, Baş Göynük kəndində anadan olmuşdur. O, 2007-ci ildə Şəki rayon, Baş Göynük kənd 2 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə isə 11-ci sinifi bitirərək həmin məktəbin məzunu olmuşdur. 3 iyul 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsindən çağırılaraq həqiqi-hərbi xidmətə getmişdir. Hərbi Xidmətini əvvəlcə Ağcabədi rayonunda və daha sonra Füzuli rayonunda müddətli sıravi əsgər kimi hərbi xidmətini davam etdirmişdir. Məlum olduğu kimi 27 sentyabr 2020-ci il səhər saatlarında ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun döyüş aktivliyini qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətlə əks-hücum əməliyyat başlaması barədə qərar verdiyi gündən Əhməd Hacıyusibov da Füzuli istiqamətindən döyüşlərə başlamış, Füzulinin, Cəbrayılın, Qubadlının və sonuncu olaraq Şuşanın işğaldan azad olunması istiqamətində döyüşlərdə şücaət göstərərək, qətiyyətlə axır nəfəsinədək vuruşmuşdur.
Onun döyüşlərdə mərdliklə vuruşmasını, xüsusilə fərqləndiyini döyüş yoldaşları, komandirləri də bildirmiş, 4 noyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad olunması ilə bağlı xidmətlərinə görə dövlətimiz tərəfindən mükafatlandırılmışdır.
Əhməd Teymur oğlu, Hacıyusibov qoşunlarının təlimlərində iştirak etdiyindən və snayper kursları keçdiyindən döyüş yoldaşlarının qeyd etdiyinə görə həmin sahə üzrə döyüşlər zamanı peşəkar nümayiş etdirmiş, düşmənin onlarla canlı qüvvəsini məhv etmiş, dəfələrlə düşmənin piyadalarının döyüş maşını müşahidə altına almış, düşmənə sözün həqiqi mənasında qan uddurmuş və düşmənin kabusuna çevrilərək neçə-neçə erməni cəlladlarının məkrli arzularını gözündə qoymuşdur. Əhməd uşaqlıqda kişi xüsusiyyətli, mərd həmçinin vətənə el-obasına bağlı olması döyüşlər zamanı da onun fərqlənməyinə səbəb olmuşdur.
2020-ci ilin noyabr ayının 6-dan 7-nə keçən gecə Şuşa şəhəri, uğrunda gedən döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək 19 yaşlı Əhmədimiz qəhramancasına şəhid olmuş, 9 noyabr 2020-ci il tarixdə Şəki rayon, Baş Göynük kəndində dəfn olunmuşdur.
O, ikinci vətən müharibəsi zamanı göstərdiyi igidliyə görə nəinki, öz kəndinin, bütöv Azərbaycanın qəhramanına çevrilərək xatirəsi hər zaman yaşayacaq şəhidlik zirvəsinə yüksəlmişdir. Allah rəhmət etsin.
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi