Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Dek 14:30Olke
Binəqədi rayon İcra başçısı şəhidlərin şəklillərini niyə sökdürdü?
Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidlərin şəkilləri vurulan lövhələri gecə saatlarında sökərək, yerə atıblar.
Şəhidlərin şəkillərini sökdürən icra başçısı Elxan Allahverdiyev Prezidentin deyil, kimlərin sifarişini yerinə yetirir?…
Deyirlər, dərdin kiçiyi, böyüyü olmur. Amma elə deyil, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. Hansı ki, bu dərdin yolunda bizim balalarımız şəhid oldular. Onlar məhz Vətən yaşasın deyə düşmənin qarşısında qaya kimi dayandılar və canlarından keçdilər.
Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Binəqədi rayonu Mehdiabad qəsəbəsinə gedən yolda onkların fotoşəkillərindən ibarət lövhələr qoyulmuşdu. Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərini əhatə edən bu təşəbbüs təkcə mediada deyil, sosial şəbəkələrdə də böyük rəğbət qazanmışdı. Təəssüf ki, Binəqədi rayon İcra Hakimiyyəti gənclərin təşəbbüsünə qarşı gələrək, həmin lövhələri Mehdiabad yolundan yığışdırdı. Hazırda həmin ərazidə lövhələrin bərkidildiyi dirəklərin boş yeri görünür.
Sökülmüş lövhələr təşəbbüskarlardan birinin həyətinə yığılıb. Ən maraqlısı odur ki, həmin lövhələr gecə saatlarında ərazidən yığışdırılıb. Geriyə isə yerə tökülmüş solğun qərənfillər qalıb…
Qeyd edək ki, Mehdiabad qəsəbəsinə gedən yolda şəhidlərimizlə bağlı lövhələr həmin ərazidə yaşayan şəxslərin təşəbbüsü ilə vurulmuşdu. Orada şəhidlər haqda məlumatlarla yanaşı, şəhidliklə bağlı ibrətamiz fikirlər də əks olunurdu. Lövhələrdə Milli Qəhrəmanlar – Əliyar Əliyev, Allahverdi Bağırov, Polad Həşimov, Mübariz İbrahimov və digərlərinin adları yer almışdı.
Hazırda sosial şəbəkələrdə mükarirə mövzusuna çevrilən bu xoşagəlməz hadisə inanlar tərəfindən kütləvi şəkildə tənqid olunur. Deyəsən, şəhidlərin şəkillərinin yol kənarında olması kimlərisə narahat edib.
Mövzuyla bağlı Binəqədi rayon İcra Hakimiyyətiylə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva bildirdi ki, həmin lövhələr icra hakimiyyəti tərəfindən sökülməyib: “Lövhələri asan şəxs özü onları ərazidən yığışdırıb. Görüb ki, lövhələr hamının xoşuna gəlib, ona görə də bunları müvəqqəti olaraq götürüb ki, daha möhtəşəm bir iş görsün. Əvəzində bütün Binəqədi rayonu şəhidlərini əhatə edəcək başqa bir lövhə qoyulacaq”.
Binəqədi rayon İcra Hakimiyyətinin rəsmisinin verdiyi açıqlamanın nə dərəcədə həqiqətə yaxın olduğunu deyə bilmərik. Amma, necə ola bilər ki, sakinlər şəhidlərin xatirəsini əbədiləşdirmək üçün lövhələr yerləşdirir, daha sonra isə öz təşəbbüsüləriylə də lövhələri sökürlər?!..
Odur ki, Binəqədi rayon İcra Hakimiyyətinin mediaya verdiyi açıqlamanın doğru olub-olmadığını öyrənmək üçün təşəbbüskarların özləri ilə həmsöhbət olduq. Onlardan biri – Amin Hüseynov bildirdi ki, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Şəhidlərin şəkillərinin yerləşdirilməsi üçün icazə alınmadığını deyərək, axşam saatlarında lövhələri ərazidən söküb:
“Bu şəkilləri ora biz vurmuşuq. Neçə gündür ki, sosial şəbələlərdə yazılan yazıları oxuyuram. Hər kəs yekdil olaraq bizim bu təşəbbüsdən razılığını ifadə edir. Amma əsas məsələ şəkillərin sökülməsi ilə bağlıdır. Binəqədi İcra Hakimiyyətinin rəsmi nümayəndəsi bizə bu işlə bağlı bağlı təşəkkürünü bildirdi və sonra bildirdi ki, bu lövhələr sökülsün. Biz isə təbii olaraq bununla razılaşmadıq. Bu barədə bir neçə dəfə danışıqlar oldu və biz şəkilləri öz əlimizlə sökməyi qəbul etmədik. Kimin üçünsə bu iş adi görünə bilər, amma biz şəhidlərimizi mənəvi dəyərimiz saydığımız üçün bu işə qol qoymadıq. Səbəb olaraq isə göstərildi ki, şəkillərin yeri pisdir, səliqəsiz düzəltmişik, şəkillər keyfiyyətsizdir, ən əsası isə İcra Hakimiyyətindən icazə alınmamışdı… Özləri isə nə vaxtsa, hələ yeri müəyyən edilməyən əraziyə ancaq Binəqədi şəhidlərinin şəkillərini yerləşdirəcəklər.
Bu səbəbdən də, axşam saatlarında şəkillər söküldü. Söküldükdən sonra isə, məcbur olaraq onları götürüb həyətə yığdıq… Bizim istəyimiz odur ki, heç kəsin görməyəcəyi bir yerə yox, hər kəsin görəcəyi bir yerə, keyfiyyətli formada şəkillər yerləşdirilsin. Bu məsələdə həssas olduğunuz üçün sizə təşəkkürümüzü bildiririk”.
Digər təşəbbüskar Ramiz Həsənov şəhid ailəsinin üzvüdür. O, bildirdi ki, lövhələrin sökülməsindən media vasitəsilə xəbər tutub: “Mən də şəhidlərimizin şəkilləri olan lövhələrin yerləşdirilməsində təşəbbüskarlardan biriyəm. Eləcə də iki yaxın qohumum şəhid olub. Bibimoğlu şəhid Nicat Tarverdiyev və mayor Fərid Ələkbərovun da şəkilləri ərazidə yerləşdirilmişdi. Eyni zamanda, “Vətən Uğrunda” medalı ilə təltif olunan Orxan Əkbərov və digər şəhidlərimizin şəkillərini təşəbbüsümüzlə yol boyunca yerləşdirmişdik.
Biz Binəqdi rayon İcra Hakimiyyətinin nümayəndəsinin fikirlərini mediada, daha ətraflı isə “ARB” televiziya kanalında dinlədik. Xəbərləri izlədikdən sonra məlum oldu ki, İcra Hakimiyyətinin mövqeyi qərəzli olub. Onların fikirləri həqiqəti əks etdirmir. Onlar özləri şəhidlərin şəkillərini sökməsinə baxmayaraq, yalan məlumat verərək təşəbbüskarların sökdüyünü bildirdilər. Ancaq bu, məntiqə və ağıla sığmayacaq bir şey və şəhidlərimizə qarşı hörmətsizlikdir. Heç bir təşəbbüskar belə bir hərəkət etməz. Burda şəhidlərimizdən söhbət gedirsə, ümumiyyətlə belə bir şeyə heç kim qol qoymaz. Ona görə də bu açıqlama qətiyyən yalandır. Bu, İcra Hakimiyyətinin qərəzli mövqeyidir. Xaincəsinə görülən xoşagəlməz iş bizim üzərimizə atılır. Mən və digər təşəbbüskarlar bunu qəbul etmirik”.
Ramiz Həsənov xoşagəlməz hadisənin tezliklə həllini tapacağına inandığını bildirdi. Dedi ki, şəhidlərin şəkillərinin yerləşdirilməsi şəhid ailələrinə mənəvi dəstək olsa da, İcra Hakimiyyəti tərəfindən hörmətsizliklə sonlandırıldı: “İstəyimiz odur ki, bu məsələ kifayət qədər işıqlandırılsın. Yüksək dövlət orqanları İcra Hakimiyyətinin törətdiyi çirkin əməldən xəbər tutmalıdır. Cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyevaya da müraciət edəcəyik. İnanırıq ki, cənab Prezident bu məsələdən xəbərdar olarsa, məsələ tezliklə həllini tapacaq. Mən özüm də şəhid ailəsiyəm. Bu cür addım məni şəhid ailəsinin üzvü kimi üzür. Şəhidlərimizin ataları və anaları əraziyə gəlib, övladlarının şəkillərini lövhələrdə görüb sevinmişdilər. Hətta bildirmişdilər ki, biz şəhid valideynləri lövhələrdə övladlarımızın şəklini görəndə sanki övladımızın dirildiyi hissinə qapılırdıq. Bu addım eyni zamanda şəhid aillələrinə mənəvi dəstək idi. Nəticədə, İcra Hakimiyyəti tərəfindən hörmətsizlik edilməklə sonlandırıldı. İmkan vermədilər ki, biz bu layihəni davam etdirək. Biz məsələnin işıqlandırılmasını istəyirik. Məsələ gündəmdə olmalıdır. Ümid edirik ki, məsələ tezliklə öz həllini tapacaq”.
Göründüyü kimi, məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin mediaya verdiyi açıqlama tamamilə yalan və uydurmadan ibarətdir. Maraqlısı budur ki, Vətən uğrunda canlarını fəda verən şəhidlərimizin şəkilləri niyə Binəqədi rayon İcra Hakimiyyətini bu qədər narahat edir? Bəlkə, uzun müddət işğal altında olan torpaqlarımızın şəhidlərimizin qanı bahasına azad olunması onları sevindirməyib…
Qeyd edək ki, eyni hal bir neçə gün öncə Bakının Görədil kəndində də təkrarlanlb. Deyilənə görə, Binəqədi rayon İcra Hakimiyyəti orada da şəhidlərin fotosu vurulmuş bir neçə dəmir lövhənin götürülməsinə göstəriş verib.
Ölkə başçısı, cənab İlham Əliyev hər çıxışında Şəhidlərimizi ehtiramla yad etdiyini bildirir. Lakin, görünür ki, Prezidentin təyin etdiyi icra başçıları ölkə başçısının göstərişini deyil, bilinməyən naməlum qüvvələrin sifarişini yerinə yetirir…
Mənbə “Hürriyyət” qəzeti
Respublikaxəbər.az
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi