Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Dek 11:28Olke
Səkkiz gün mühasirədə qalan, Zəfər günü şəhid olan Anar Bahadurov
Silahlı Qüvvələr günü anadan olan, Almaniyada hüquq üzrə təhsil alan və Zəfər günü şəhid olan Anar Bahadurov son gülləsinə kimi döyüşərək 30 döyüş yoldaşını ölümdən xilas edib.
Vətən Müharibəsi şəhidi Anar Bahadurovun atası Süleyman Bahadurov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlu təlimlərdə olarkən onu keçmiş komandiri, Milli Qəhrəman, şəhid Şükür Həmidov seçərək öz rəhbərliyi altında döyüşə aparıb.
A.Bahadurov 1992-ci il iyunun 26-da Sabirabad şəhərində anadan olub, orta məktəbi də orada oxuduqdan sonra yeddinci sinifdə Şirvan şəhərində yerləşən liseyə qəbul olub. Liseydə həm dərslərində, həm də ictimai təbdirlərdə fərqlənib, yarışmalarda uğurlu yerlər əldə edərək sertifikat alıb.
Məktəbi bitirdikdən sonra 640 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Burada ödənişsiz təhsil aldıqdan sonra xaricdə magistratura oxumaq üçün imtahan verib. Mümkün 100 baldan 95 bal toplayaraq ölkə üzrə beşinci yerə çıxıb. Sonra isə ona əldə etdiyi nəticəyə uyğun bir neçə universitet təklif edilib. Anar Bahadurov Almaniyanın Köln şəhərində hüquq üzrə magistratura təhsili almaq qərarına gəlib. Lakin seçimini etdikdən sonra təhsilini donduraraq hərbi xidmətə yollanıb. Tərtər rayonunda yerləşən hərbi hissədə cəbhə zonasında xidmət keçib.
2016-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra Almaniyaya gedərək təhsilini bitirib.
Almaniyadan gələndən sonra İELTS imtahanı verərək sertifikat alıb, rus dilini mükəmməl öyrənib. Müharibəyə getmədən əvvəl isə ərəb dilini öyrənməyə başlayıbmış. Anar prokurorluqda işləmək arzusunda olub. Şərq dillərinə və mədəniyyətinə marağı ilə yanaşı, Qurani-Kərimi də tam öyrənib, dinlə bağlı elmi araşdırmalar edirmiş.
Süleyman Bahadurov deyir ki, sentyabrın 29-da oğlu səfərbərliyə çağırılıb və təlim üçün Ağcabədi rayonuna aparılıb. Orada düzülüş zamanı polkovnik Şükür Həmidov keçmiş əsgərini seçərək öz rəhbərliyində döyüşə aparıb. Onlar birlikdə Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə iştirak ediblər. Anar Tərtərdə hərbi xidmətdə olarkən Şükür Həmidovun onun xidmət etdiyi hərbi hissənin komandiri olub. Anar Bahadurov Qubadlıda erməni hərbi hissəsinin alınmasına şücaət göstərib. Zəngilanın alınmasına iştirak edib.
O, atası ilə danışarkən deyib ki, Hadrutda səkkiz gün meşədə mühasirədə qalıblar, döyüşüblər. Dedi ki, Ağdam korpusu gəlib bizi xilas etdi, yoxsa öləcəkdik.
Mənə zəng edəndə dedi ki, onunla birgə həm əsgər, həm də sinif yoldaşları var. Dedi ki, ata, narahat olmayın, uşaqlarla bir yerdəyik. Mən də xeyir-dua verdim.
S.Bahadurov deyir ki, noyabrın 8-i səhər saatlarında Qubadlıdan Şuşaya gedərkən dağda döyüş zamanı oğlu şəhid olub:
“Onun komandiri dedi ki, Zaurla Anara biz 30 nəfərin can borcumuz var, onlar olmasaydı, biz hamımız öləcəkdik. Onlar şəhid oldu, bizi xilas etdilər.
Dağda meşə ilə gedərkən Zaurla Anar onlardan 50-60 metr qabaqda gedirmişlər. Qəfildən minamyotla onları vurmağa başlayıblar. Həm də avtomat və snayperlə atəş açıblar. Anar və Zaur ermənilərlə vuruşmağa başlayıb, son güllələrinə kimi döyüşüblər. Komandirləri deyir ki, bir müddət sonra Anarla Zaurun gülləsinin səsi kəsilib, ardınca isə onları vurublar, hər ikisi şəhid olub.
Bizimkilər onlar vurulandan sonra iki saat da döyüşüblər və sonda gedib Anarla Zauru götürə biliblər. Minamyot mərmisi yanlarına düşüb, qəlpə Anarın ağız hissəsindən dəyib, boynundan arxa hissədən çıxmışdı. Qəlpə şah damarını qırmışdı, qalan bütün əzaları, qolu, qıçı, bədəni yerində idi. Döyüş yoldaşları dedilər, biz sizə gələcəyik, sizə vəfa borcumuz var”.
Şəhid atası qeyd edir ki, oğlu daim təmkinli olsa da, şəhadətə ucalmasından iki gün əvvəl onlarla vidalaşıb:
“Qubadlı alındıqdan sonra noyabrın 6-da mənlə danışanda dedi ki, Laçın-Şuşa istiqamətində gedirik, burada döyüş bir az çətindir. Ondan əvvəl həmişə deyirdi ki, narahat olmayın, şükür edin ki, səsimi eşidirsiniz. Amma bu dəfə özü narahat idi, sanki ürəyinə danmışdı. Bizimlə də sağollaşdı, dedi özünüzdən muğayat olun”.
Anar döyüşdə olanda bir dəftərçəyə döyüş yoldaşlarının mobil nömrələrini yazıb. Bir-biriləri ilə sözləşiblər ki, müharibədən sonra da əlaqə saxlasınlar. Ona görə ünvanlarını və əlaqə telefonlarını bir-birilərinə veriblər. 30-a yaxın əsgərin adı var. Onların içərisində Zaurun da adı var. Amma ikisi də bir yerdə şəhid olub.
Əsgər Anar Bahadurov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda” medalı ilə təltif edilib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ