Sorğu
Оцените работу движка

10 Dek 11:02Olke

“Qarabağ” ordeni ilə təltif olunan gizirin həyat yoldaşı: “Zəng edib dedi ki, məndən nigaran qalmayın” - FOTO

“Qarabağ” ordeni ilə təltif olunan gizirin həyat yoldaşı: “Zəng edib dedi ki, məndən nigaran qalmayın” - FOTO




Ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediliblər.

Həmin şəxslərdən biri gizir Rufiz Budaqov ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunub.

Budaqov Rufiz Şirzad oğlu 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Tivi kəndində anadan olub.

O, əsgərliyini başa vurduqdan sonra gizirlik kursunda oxuyub. Ailədə dörd qardaşdırlar. Şəhidimiz evin böyük övladı olub.

R.Budaqovun həyat yoldaşı Nüşabə Budaqova deyir ki, Rufiz şəhid olan günü onlarla əlaqə saxlayıb:

“O, tank komandiri idi. Mənə zəng etdi, dedi ki, məndən nigaran qalmayın. Həmin vaxt əlaqə kəsildi. Murov yüksəkliyi uğrunda qəhrəmancasına döyüşüb.

Rufiz mehriban adam idi. İşlə əlaqəli evdə çox olmurdu. O, evə gələndə bizim üçün bayram olurdu. İşini çox sevirdi. Tankda hər hansı bir problem olan zaman onu özü söküb düzəldirdi. Vətəninə, torpağına bağlı insan idi. Onun üçün də döyüşə ilk gedənlərdən oldu”.

Gizirimizdən iki qız, bir oğlan övladı yadigar qaldı…




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi