Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
10 Dek 09:40Olke
Qazi: “Snayperlər əsasən yaralayırdı ki, köməyə gələnləri də vursunlar” - FOTO
Nurlan Əsədzadə Lənkəran rayonunun Göyşaban kəndində doğulub. Orta təsilini aldıqdan sonra hərbi xidmətə gedib. Xidmətdə olarkən Xüsusi Təyinatlı olmaq üçün müsabiqədən keçib. 600 nəfər arasından seçilən 18 nəfərdən biri olub. Dörd il Xüsusi Təyinatlı Qoşun hissəsində xidmət edib. O, Aprel döyüşlərinin fəal iştirakçılarından olub. İlk dəfə də Talış kəndinin azad olunması istiqamətində aparılan hərbi əməliyyatlarda kontuziya alıb, iki il yaddaşını itirib.
Nurlan uzun müddət müalicə aldığı üçü ordudan tərxis olunur. Lakin bu ilin iyun ayında yenidən könüllü olaraq orduya yazılır. Sentyabrın 27-də Füzuli rayonu istiqamətində əks-hücum əməliyyatlarına qoşulur.
Nurlanın xüsusi təyinatlı qoşun hissələrində xidməti zamanı əldə etdiyi hərbi bilik və bacarıqlar Vətən Müharibəsi günlərində özünün, eləcə də onlarla döyüşçü yoldaşının çətin anlarda köməyinə çatıb. O qeyd edib ki, düşmən snayperləri əsasən hərbçiləri yaralayırdı ki, köməyə gələnləri də vursunlar.
Nurlan qızğın döyüşlərin 16-cı günü qəfildən bunkerdən çıxan zaman tankla üz-üzə qalıb. Atılan mərmi yaxınlığında partlayıb. Həmin hadisəni o, belə xatırlayır:
“16 gün döyüşdük. Merlinli kəndini ələ keçirdikdən sonra bir-iki gün orada mövqelərimizi möhkəmləndirdik. Bilirdik ki, qarşıdakı düşmən nəzarətində olan kənddə ermənilərin tank bölüyü yerləşir. Bölükdə də azı 10 tank olur. Ərazidə tankların olması ilə bağlı komandanlığa məlumat verdik. PUA-lar vasitəsilə tankların beşini məhv etdilər. Növbəti beş dənə hələ də axtarışda idi. Onlar tankları tunellərdəki bazalarında yerləşdirmişdilər. Bazalar açılır, tanklar çıxaraq atış icra edirdilər. Həmin vaxt düzünə atış icra edərkən bizim yerləşdiyimiz yeri vurdular. O vaxt biz yaralandıq.”
Vətən naminə düşmən önündə dik duran qeyrətli oğullarımız, sağlıqlarını itirsələr də, yenidən ayağa qalxır. Bu dəfə sevdiklərini yaşatmaq üçün!
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər