Sorğu
Оцените работу движка

15 Noy 10:04Olke

Füzulidə minaya düşənlərin hansı şəraitdə xəsarət aldığı bilindi

Füzulidə minaya düşənlərin hansı şəraitdə xəsarət aldığı bilindi


Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər.

Bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində Əhmədov Yasin Ələsgər oğlu həlak olmuş, Əhmədov Asif Ələsgər oğlu isə ağır dərəcəli bədən xəsarəti alıb.

Qeyd olunan mülki vətəndaşların təxliyə olunması üçün Agentliyin minaaxtaranları həmin əraziyə cəlb olunub. Təxliyə əməliyyatı zamanı Əhmədov Asif Ələsgər oğlu ərazidən çıxarılıb, Əhmədov Yasin Ələsgər oğlunun təxliyəsi zamanı isə Agentliyin minaaxtaranı, 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çoxsaylı qəlpə yarası alıb.

Hal-hazırda Xudiyev Asəf Mürsəl oğlu Füzuli rayon Diaqnostika Mərkəzində dərhal cərrahiyyə əməliyyatına alınıb, vəziyyəti stabil ağırdır.

Bir daha bildiririk ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə mülki şəxslərin girişi qəti qadağandır.
Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi