Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Noy 22:31Olke
Milli Məclisin Sədri Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Noyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ilə görüşüb.
Milli Məclisdən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a bildirilib ki, spiker ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Əlcəzairlə əlaqələrin inkişafına Azərbaycanın böyük önəm verdiyini bildirib. Sədr bu görüşün ölkəmiz üçün əhəmiyyətli tarixi günlərin yaşandığı bir dönəmdə - Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi bir vaxtda baş tutduğunu diqqətə çatdırıb. Sahibə Qafarova erməni işğalçılarına qarşı mübarizədə tutduğu mövqeyə görə qarşı tərəfə öz minnətdarlığını bildirib.
Söhbətdə qeyd edilib ki, ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. Parlamentlər səviyyəsində də müsbət inkişaf dinamikası mövcuddur. Ortaq maraqların olduğu beynəlxalq və regional məsələlərin həllində, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz davam etdirilir. Bu əməkdaşlıq sülhün, təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir.
Qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və aparılan danışıqlar ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Siyasi dialoqun inkişafı həyatın digər sahələrinə də öz təsirini göstərir. Biz parlamentlər səviyyəsində əlaqələrimizin inkişafında maraqlıyıq. Deputatlarımızın qarşılıqlı səfərlərinin ümumi işə töhfə verəcəyinə inanırıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Səfir qeyd edib ki, siyasi dialoqun davamlılığı ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da dərinləşməsinə töhfə verir.
Parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi deputatlar tərəfindən müxtəlif platformalarda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.
Görüşdə gender bərabərliyi, cəmiyyətdə və siyasətdə qadınların rolu, COVİD-19 pandemiyasına qarşı mübarizə barədə və tərəfləri maraqlandıran digər məsələlər ətrafında danışılıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər