Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Noy 13:41Olke
İşğal faktoru Azərbaycanın digər ərazilərində də zərərli orqanizmlərin yayılmasına səbəb olub
Ermənistan tərəfindən torpaqlarımızın işğalının Dağlıq Qarabağ və ətraf rayonların fitosanitar vəziyyətinə təsiri araşdırılıb.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Camal Quliyev və Gülnar Qəhrəmanova tərəfindən hazırlanan məqalədə qeyd edilir ki, İiğaldan əvvəl işğal altında olan ərazilərimizdə Kolorado kartof böcəyi, filloksera, komstok yastıcası, sitrus ağqanadlısı, sürünən kəkrə, qızılsarmaşıq kimi karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınıb. Ərazidə həşəratlarla yanaşı, kənd təsərrüfatı sahələrinə ciddi ziyan vuran və karantin tətbiq edilən qızılsarmaşıq, sürünən kəkrə kimi alaq otları da qeydə alınmışdır. Qeyd olunan zərərli orqanizmlərin vaxtaşırı monitorinqinin və onlara qarşı fitosanitar tədbirlərin aparılmaması onların kütləvi artımına və areallarının işğal olunmayan digər Azərbaycan ərazilərinə doğru genişlənməsinə səbəb olub.
Digər tərəfdən həmin ərazilərdə həyata keçirilən hərbi əməliyyatlar zamanı tətbiq edilən dağıdıcı vasitələr, yaşıllıqların, meşə və kənd təsərrüfatı sahələrinin yandırılaraq və ya digər üsullarla məhv edilməsi, kənd təsərrüfatına yararlı ərazilərə çirkab sularının axıdılması, aqrosenozların yerində narkotik xassəli bitkilərin əkilməsi, müəyyən məqsədlər üçün meşələrin qırılaraq daşınması və s. həmin ərazilərin flora və fauna tərkibinin dəyişməsi fonunda zərərli orqanizmlərin də növ tərkibinin və populyasiya sıxlığının dəyişməsinə səbəb olmuşdur.
Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi (Şuşa rayonu da daxil olmaqla), Xocavənd, Ağdərə meşə təsərrüfatlarının 261 min ha-dan artıq sahəsi qırılaraq məhv edilmişdir. Orada yetişən çox qiymətli palıd, fıstıq, vələs, ağcaqayın, ayı findığı, qoz, Şərq çinarı kəsilərək Ermənistan ərazisinə daşınmışdır. 25-26 %-i meşə olan işğal altındakı torpaqların məhv edilməsi, həm də regiondakı heyvan və bitki növlərinin zərər görməsi deməkdir. Aparılan hesablamalara görə, meşə sahələrinin təqribən 8-10 %-i məhv edilmişdir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib