Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Noy 11:12Olke
“McDonald's Azərbaycan”ın vətənpərvərlik mövqeyi dəyişməz olaraq qalır
Son bir ay ərzində ölkədə baş verən hadisələr fonunda olduqca həyacanlı, həssas bir dönəm yaşayırıq. Bir gözümüz işğal olunmuş torpaqların azad olunmasına gülərkən, digəri şəhidlərimiz üçün ağlayır. Bu müddətdə adi vətəndaşdan tutmuş ictimai xadimlərə, şirkətlərə qədər hamının hər addımı insanlar tərəfindən həssaslıqla qarşılanır.
Son günlər ölkədə böyük etirazla qarşılaşan şirkətlərdən biri də “McDonald’s Azərbaycan”dır.
Səbəb isə vətən müharibəsində ölkənin yanında olması ilə bağlı şirkətin paylaşımının daha sonradan silinməsidir. İnsanları daha da hiddətləndirən isə paylaşımın erməni lobbisinin təzqiyi altında silinməsi ehtimalıdır. Lakin baş verənlərə nəzər salsaq görərik ki, paylaşımın silinməsinə səbəb onun beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan nümayəndəliyinin deyil, mərkəzi ofisin rəsmi mövqeyi kimi dəyərləndirilməsidir.
“Beynəlxalq media bu postları qlobal “McDonald's” brendinin münaqişə iştirakçılarından birinin tərəfini tutması ilə bağlı rəsmi mövqeyi kimi dəyərləndirib. “McDonald's” korporasiyasının mövqeyinin hər zaman olduğu kimi bu gün də siyasi baxımdan neytral olduğunu nəzərə alaraq sözügedən postlar səhifələrdən silinib ki, heç bir çaşqınlıq yaranmasın. Sözügedən postların silinməsinə baxmayaraq, “McDonald’s Azərbaycan” səhifəsində dövlət bayrağı və ölkəmizin xəritəsinin təsviri ilə bir çox postlar mövcuddur”,-deyə şirkətin açıqlmasınada qeyd olunub.
Lakin nəzərə alaq ki, post iki həftədən çox yetəri qədər diqqət çəkib. “Washington Post”, “Риа Новости” və bir sıra digər beynəlxalq media “McDonald's Azərbaycana dəstək oldu" kimi iddialı başlıqlı məqalələr yazıblar. Bu o deməkdir ki, məqsəd yerinə yetirilib və dünya bu fakt haqqında danışmağa başlayıb.
Digər bir məqam isə şirkətin bütün 1200 əməkdaşlarının azərbaycanlı olmasıdır. Ona görə bəzən vətənpərvərlik hissimizin peşəkarlığımızı üstələməsinin qarşısını ala bilməməyimiz başadüşüləndir. Bildirək ki, hazırda “McDonald's”ın 25 əməkdaşı cəbhədə hərbi xidmətdədir.
Şirkətin əməkdaşlarından biri isə artıq şəhidlik zirvəzinə ucalıb. “McDonald's” onun ailəsinə lazımı dəstək göstərir və göstərəcək də. Şirkət öz addımları ilə hər zaman ölkə vətəndaşlarının yanında olduğunu sübut edir. 20 il ərzində “McDonald's Azərbaycan” uşaq evləri, tibbi yardım fondları, idman tədbirləri, Covid-19 pandemiyası zamanı karantində olan insanlara təmənnasız yemək təqdim etmək və digər sosial təşəbbüslərlə bağlı çoxlu sayda xeyirxah aksiyalar keçirib. Şirkət olaraq hər zaman ölkəmizi və vətəndaşlarımı dəstəkləyib. Biz də həmin paylaşımları edəndə, vətəndaş mövqeyini ortaya qoyduqları və vətənimizə dəstək olmağa çalışdıqları üçün onların yanında ola bilərik.
“McDonald's Azərbaycan” səhifəsində açıq-aşkar Azərbaycanı dəstəklədiyinə görə ermənilər “McDonald's”a boykot elan ediblər. Eyni zamanda onlar bu brendin Azərbaycanda bağlanılmasını tələb edirlər. İndi boykot etməklə biz ermənilərin məqsədlərinə çatmaqlarına şərait yaradırıq. Buna görə də, biz əksinə, brendi yerli bazarda dəstəkləməliyik.
Son olaraq qeyd edim ki, hazırda “McDonald's” Ermənistanda heç bir məkanı olmadığı halda, Azərbaycanda 17 restoranı var. Tezliklə işğaldan azad olunmuş torpaqlarda da bu şəbəkənin xidmətinin genişlənməsi ilə həm birliyimizi qoruyar, həm də düşmənlərimizə bu birliyin parçalanmaz olduğunu sübut etməklə layiqli cavab vermiş olarıq.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
AZƏRİŞIĞIN ƏMƏKDAŞI JURNALİST ELYAZ YAZANA HÜCUM ÇƏKDİ
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib