Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Noy 13:13Olke
Livanlı hüquq müdafiəçisi: “Dağlıq Qarabağda döyüşən Livan erməniləri cinayət məsuliyyətinə cəlb edilməlidir”
“Dağlıq Qarabağda döyüşən Livan erməniləri cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Bunu Trend-ə livanlı hüquq müdafiəçisi, xarici siyasət və beynəlxalq hüquq üzrə ekspert Tarik Şandib deyib.
Onun sözlərinə görə, erməni mənşəli livanlıların Dağlıq Qarabağda qanunsuz qruplaşmaların tərkibində döyüşməsini təsdiq edən çoxlu sənədləşdirilmiş faktlar var:
“Bundan başqa, münaqişədə iştirak etmiş livanlı ermənilərin məhv edilməsi ilə bağlı faktlar mövcuddur”.
T.Şandib əlavə edib ki, Livan qanunlarına əsasən, digər ölkələrdə hərbi münaqişələrdə iştirak edən Livan vətəndaşları cinayət məsuliyyəti daşıyır:
“Əgər Dağlıq Qarabağda Azərbaycan xalqına qarşı döyüşlərdə iştirak edən ermənilər, eləcə də, Ermənistan tərəfində döyüşlərdə iştirak etmək üçün ermənilərə çağırış edən Ermənistan prezidenti cinayət məsuliyyətinə cəlb olunmursa, o zaman beynəlxalq cinayət məhkəməsi nəyə lazmdır?”
Hüquq müdafiəçisi əlavə edib ki, dünya ictimaiyyəti, o cümlədən, ərəb ölkələri tərəddüdsüz olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləməlidir.
Qeyd edək ki, “Reuters” agentliyi də digər ölkələrin vətəndaşları olan ermənilərin Dağlıq Qarabağda döyüşmək üçün bölgəyə getdiklərini bildirib.
Agentliyin “Livanın bəlalarına baxmayaraq, ermənilər Dağlıq Qarabağa görə döyüşə atılır” başlıqlı məqaləsində Livandakı maliyyə böhranı ilə bağlı Ermənistana getmiş və daha sonra Dağlıq Qarabağda döyüşlərdə iştirak edən silahlı ilə müsahibə yer alıb.
Reportajda qeyd olunub ki, Yerevanda yerli və xarici könüllülərə təlim keçən Karapet Ağacanyan 10-a yaxın Livan ermənisinin onun düşərgəsində təlimlərdə olduğunu deyib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi