Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Okt 11:01Olke
Türk Dünyası Araşdırmaları Vəqfinin sədri UNEC rektoruna dəstək məktubu ünvanlayıb
Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) sədri Közhan Yazgan Azərbaycana dəstək məqsədilə UNEC rektoru, professor Ədalət Muradova məktub ünvanlayıb.
UNEC-dən APA-ya istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, məktubda Azərbaycanın bütün beynəlxalq qərarlara rəğmən, 90-cı illərdən bəri ermənilərin işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarını azad etməsi uğrunda qanı, canı bahasına apardığı qəhrəmanlıq mübarizəsini qardaş Türkiyənin qürurla izlədiyi bildirilir. Azərbaycanın 30 ilə yaxın müddətdə bu haqq mübarizəsini sülh yolu ilə həll etmək cəhdlərinin heç bir nəticə vermədiyi, ermənilərin isə mülki obyektləri hədəf aldığı, körpə-uşaq demədən, məsum insanların qanını tökərək vəhşiliklər etdiyi deyilir. Dünyanın gözü önün baş verən bu alçaqlıq nifrətlə, lənətlə qınanılır.
“Qardaş Azərbaycanın acısı acımız, sevinci sevincimizdir” deyən K.Yazgan, “Bir millət iki dövlət” olaraq, bütün duyğularımıza ortaq olduğunu vurğulayıb.
Məktubda TDAV-ın qardaş Azərbaycanın müharibə şəraitində, həm də koronavirus səbəbilə ağır şərtlər altında onlayn təhsildəki uğurlarını yaxından izlədiyi, bu istiqamətdə hər hansı bir dəstəyin göstərilməsi üçün hazır olduqları deyilir.
Sonda K.Yazgan qardaş Azərbaycan ordusunun qısa zamanda zəfər qazanması və işğal altında olan torpaqlarda sonsuza qədər ay-ulduzlu bayrağın dalğalanması ilə bağlı diləklərini çatdırıb.
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi