Sorğu
Оцените работу движка

27 Okt 09:05Olke

BERNAMA agentliyi: Azərbaycan Ordusu Qubadlı şəhərini və bir neçə kəndi işğaldan azad edib

Azərbaycan Prezidenti İlham Əliyev ölkə ordusunun Qubadlı şəhərini, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərini erməni işğalından azad etdiyini bildirib.

XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə Malayziyanın BERNAMA Agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) istinadla xəbər yayıb. Bildirilir ki, Azərbaycan Prezidentinin rəsmi “Twitter” hesabında bu barədə paylaşdığı statusu “Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! ” sözləri ilə tamamlanıb.

Bununla yanaşı, məlumatda Azərbaycan Müdafiə Nazirliyinə istinadla Ordumuzun bazar günü Ermənistanın hərbi texnikasını və döyüş sursatını məhv etməsi də əksini tapıb.

Məlumatda deyilir: “Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 25-də günortadan sonra cəbhənin müxtəlif istiqamətlərində aparılan döyüşlər zamanı Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib. Bu zərbələr nəticəsində düşmənin 6 ədəd D-30 və 1 ədəd D-1 haubitsa silahı, 2 ədəd BMP (piyadaların döyüş maşını), 1 ədəd avtomobili və böyük miqdarda döyüş sursatı məhv edilib”.








Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi