Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Okt 22:28Olke
Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi”
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyev rəşadətli Ordumuzun uğurları və işğaldan azad etdiyi torpaqlarımız barədə xəbərlərlə demək olar ki, xalqımızı hər gün sevindirdiyi bir dövrdə Ermənistanın baş naziri Nikol Paşinyanın erməni xalqına etdiyi çağırış xüsusilə diqqət çəkir. Belə ki, məğlub olduqlarını etiraf etmək istəməyən Paşinyanın öz xalqına etdiyi müraciət elə əslində mahiyyət etibarilə onların məğlubiyyətini göstərir.
Bu fikirlər milli təhlükəsizlik üzrə ekspert, Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti Xəyal İsgəndərovun "Ağlını itirmiş rəhbər və ya Paşinyanın "Parkinson xəstəliyi" sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Nikol Paşinyan oktyabrın 21-də altı addımdan ibarət bir təklif irəli sürmüşdü: 1) könüllü qruplar yaradın (minimum 30 nəfər); 2) onların arasından komandir seçin; 3) komandirin yaşadığı hərbi komissarlığa müraciət edin; 4) hərbi hissələrdən birində uzlaşma təlimi keçin; 5) "vətənin” müdafiəsi üçün cəbhəyə gedin; 6) qələbə qazanın. Diqqətlə təhlil etsək görərik ki, bu müraciət sadəcə çarəsizliyin ifadəsidir. Əslində sonuncu addım "qələbə qazanın” kimi səslənsə də "intihar edin” mənasını verir. Azərbaycan Ordusu döyüş meydanında təşəbbüsü ələ aldığı tarixdən bu tərəfə ermənilərin mülki əhalini hədəf alaraq yaşayış məntəqələrimizi bombalaması da bu çarəsizliyin göstəricisidir. Son günlər cərəyan edən hadisələrin təhlili göstərir ki, Azərbaycan Ordusu hər hansı şəhər və ya qəsəbəni işğaldan azad etdikdən sonra Ermənistan ordusu mütləq şəkildə təxribat törədərək yaşayış məntəqələrimizi hədəfə alır. Bu, bir növ İkinci Dünya müharibəsinin son aylarında Hitler ordusunun davranışları ilə müqayisə edilə bilər. İkinci Dünya müharibəsinin son aylarında Hitlerin guya Almaniyanı ayaqda saxlamaq üçün verdiyi səfeh əmrlər və zəif qərarlar əslində onun əvvəllər etdiyi səhvlərdən qaynaqlanırdı. Artıq Paşinyan da belə səhv qərarlarla gündəmdədir. Ola bilsin ki, Paşinyan şanlı Azərbaycan Ordusunun bu qədər irəliləyəcəyini düşünmürdü. Ona görə də yaranan vəziyyət onun normal düşünməsinə və xalqın mənafeyinə uyğun qərarlar verməsinə mane olur. Çünki küçələrdən ermənilərin zorla maşınlara doldurulub Qarabağda döyüşməyə göndərilməsi sıravi erməni xalqının maraqlarına uyğun deyil.
1944-cü ilin yayında, müttəfiq qüvvələr Fransanın Normandiya ərazisi istiqamətindən hücuma keçdiyi zaman, Hitlerin Nazi imperiyası ciddi təhlükə ilə üz-üzə qalmışdı. Nazi ordusu Fransanın qərb sahillərindən Norveç sahillərinə qədər möhkəm mühəndis maneələri hazırlamışdı. Bu "Atlantik divarı” yeni alman imperiyasını Atlantik Okeanından gələn təhdidlərdən qorumaq üçün nəzərdə tutulmuşdu. Təəssüf ki, bu qoruyucu "divar” çox qısa müddətdə dağıdıldı. Müttəfiq qüvvələr Normandiya çimərliklərinə basqın etdikdə, Hitler düşünürdü ki, onlar Pa-dе-Kale şəhərinə hücuma keçəcəklər. Nazi ordusunun həmin bölgədə səkkiz tank diviziyası yerləşdirilmişdi. Hücumdan əvvəlki gecə müttəfiq qüvvələr hava şarlarından istifadə etməklə çoxsaylı paraşüt-desant qruplarının əraziyə yerləşdirilməsi imicini formalaşdırmışdılar. Beləliklə, müttəfiq qüvvələr Pa-dе-Kale şəhərinə hücum etmədilər və Hitler günorta yuxudan oyananda (o, yatarkən generallara icazə vermirdi ki, onu narahat etsinlər) müttəfiq qüvvələr artıq çimərlikləri ələ keçirib Fransa ərazisində irəliləyirdilər. Normandiya çimərliklərindəki və bir il əvvəl Stalinqraddakı məğlubiyyətdən pərt olan Hitler hətta özünə ən sadiq generalları belə yaxınına buraxmırdı. Əgər əvvəllər öz məsləhətçiləri ilə nahar və şam edirdisə, sonralar katibələri ilə daha çox vaxt keçirməyə başlamışdı. Qısası, Hitler heç kimin məsləhətini dinləmədən qərar verməyə üstünlük verirdi. Nazi ordusunun ən üst təbəqəsində təmsil olunan generallar Hitleri müharibənin fəsadları ilə bağlı xəbərdarlıq etsələr də o, öz qərarlarından dönmür, bütöv bir xalqı fəlakətə sürükləyirdi. Hitler istəmirdi ki, insanlar müharibənin ağır aqibətindən danışsınlar. O istəmirdi ki, insanlar Almaniyanın iflic vəziyyətə düşməsini onun etdiyi səhvlərlə əlaqələndirsinlər.
Nəzərə almaq lazımdır ki, Ermənistan ordusu da Dağlıq Qarabağda hazırladığı mühəndis-istehkam qurğularını "keçilməz” hesab edirdi. Lakin şanlı Azərbaycan Ordusu bu maneələri bir gün ərzində yardı. Ermənilər Azərbaycan Ordusunun Dağlıq Qarabağın şərq istiqamətindən əks hücuma keçəcəyini təxmin edirdisə, rəşadətli ordumuz işğal altında olan ərazilərin, əsasən, şimali-şərq və cənubi-şərq istiqamətlərindən düşmənin müdafiəsini dağıdaraq qısa müddətdə on kilometrlərlə dərinliyinə nüfuz etdi. Bununla da Ermənistanın Ağdam cəbhəsində inşa etdiyi güclü mühəndis-istehkam qurğuları praktiki olaraq öz əhəmiyyətini itirmiş oldu. Uğurları ilə artıq bütün dünyanı heyrətləndirən Azərbaycan Ordusu bütün istiqamətlərdə düşməni küncə sıxışdırıbdır. Şübhəsiz ki, Ermənistan ordusunun az-çox hərb sənətindən başı çıxan generalları bütün mümkün fəlakətlərlə bağlı Paşinyanı məlumatlandırırlar. Çünki Ermənistandan məcburi olaraq Dağlıq Qarabağa göndərilən əsgərlər bilavasitə ölümə göndərilir. Lakin Paşinyan Hitlerin etdiyi kimi səfeh qərarlarla erməni xalqını uçuruma aparır. Kimisini qorxutmaqla, kimisini mükafatlandırmaqla, etiraz edən generalları da öz səbatsız siyasətinin alətinə çevirir. Bu gün çox aydın müşahidə olunur ki, Paşinyan nəticəsini və aqibətini düşünmədiyi istənilən qərarı verə bilər. Gəncə, Mingəçevir, Tərtər kimi iri yaşayış məntəqələrinə ballistik raketlərin atılması da bilavasitə onun provokativ siyasətindən qaynaqlanır. Paşinyan da Hitler kimi yerli əhalinin onu tənqid etməsini istəmir, döyüş meydanlarında çürüyən meyidləri ailələrinə təhvil vermir, itkin düşmüş kimi qələmə verir, mülki əhalini silaha sarılmağa çağırmaqla militant qruplaşmalar yaradır.
Əgər bir sıra alim və tarixçilər Hitlerin "Parkinson xəstəliyi”ndən (mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması) əziyyət çəkdiyini iddia edirdilərsə, bu gün Paşinyanın da həmin və ya oxşar simptomlu xəstəliyə tutulması istisna deyil. Reallıq odur ki, bu xəstəlikdən təkcə Paşinyan deyil, bir neçə milyonluq erməni xalqı da əziyyət çəkir. İkinci Dünya müharibəsinin sonunda Hitler qaçıb Berlində bunkerdə gizlənə bilmişdi. Görünən odur ki, artıq ayılan erməni xalqı Paşinyana bu imkanı da verməyəcək. Çünki Paşinyanın apardığı bu siyasət ermənilərin hərbi, siyasi, iqtisadi tənəzzülü ilə nəticələnəcək və Ermənistan tarixinə qara hərflərlə yazılacaq.
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB
*Laçında yabanı halda bitən 1 tondan artıq çətənə kolu məhv edilib*