Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Okt 11:51Olke
Fransa qəzeti Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı
Le Figaro Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazıb.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, Fransanın Le Figaro nəşri Ermənistan silahlı qüvvələrinin Tərtərin mülki əhalisini durmadan atəşə tutması barədə xüsusi məqalə dərc edib. Məqalənin müəllifi nəşrin Tərtərə ezam olunmuş xüsusi müxbiri Emmanuel Gyrynszpandır.
Yazıda ilk olaraq Tərtərin 24 000 sakini olduğu və bu sakinlərin hər gün ağır artilleriya qurğularından atılan mərmi yağışlarına məruz qaldıqları qeyd olunur. Həmçinin qeyd edilir ki, Ermənistan silahlı qüvvələri Tərtəri hər tərəfdən atəşə tutur və mülki sakinlərin çox sayda evləri tamamilə yararsız hala düşüb.
Dağlıq Qarabağda yerləşən ən yaxın erməni mövqelərindən 20 km uzaqlıqda olduğunu qeyd edən müəllif düşmənin ağır artilleriya qurğularından atəş açdığını vurğulayır. Müəllif həmçinin yerli sakin və polislə burada baş verən hadisələrlə bağlı açıqlamalarını da qeyd edib. Onlar mərmilərin düşdükləri əraziləri, atəş nəticəsində küçədə mülki şəxsin həlak olması barədə məlumat veriblər.
Məqalədə qeyd olunur ki, 27 sentyabdan bu yana Tərtərdə 14 mülki şəxs həlak olub və Tərtər və yaxın ərazilərə 15 000 mərmi düşməsi nəticəsində 116 evin tamamilə dağılıb. Baş verənlərə baxmayaraq, sakinlərin heç vaxt öz evlərini tərk etməyəcəkləri və nə baş verirsə versin burada qalmaq istədikləri, sadəcə qadın və uşaqların daha təhlükəsiz ərazilərə aparıldığı vurğulanır.
Yazıda həmçinin Tərtər şəhərində hərbi qüvvələrin olmadığı, lakin bununla belə, erməni qüvvələrinin hərbi obyekt olmadığı açıq-aydın bilinən, xüsusilə də məcburi köçkünlərin yaşadığı binaların yerlə-yeksan edilməsi qeyd olunur.
Müəllif Tərtərin münaqişənin mərkəzi hissəsində yerləşdiyini və bu qarşıdurmadan əziyyət çəkdiyini qeyd edir. O həmçinin öz məqaləsində yerli sakinlərdən birinin Fransanın işğalçı Ermənistanı dəstəkləməsi barədə iradlarını da qeyd edib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
AZƏRİŞIĞIN ƏMƏKDAŞI JURNALİST ELYAZ YAZANA HÜCUM ÇƏKDİ
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib