Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Okt 10:29Olke
Veneranın atmosferində fosfinin mövcudluğuna dair tədqiqatlar davam edir
Niderlandlı astronomlar Veneranın atmosferində fosfinin – bioloji mənşəli olduğu güman edilən qazın mövcudluğu barədə mülahizələrə şübhə ilə yanaşıblar. Ona görə də alimlər ALMA mikrodalğalı teleskopun məlumatlarını təkrar araşdırıblar. Tədqiqatın nəticələri “Astronomy & Astrophysics” jurnalında dərc edilib.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sentyabr ayının sonunda Ceyn Qrivsin rəhbərliyi ilə planetoloqlar “Nature” jurnalında ALMA və JCMT mikrodalğalı teleskopların məlumatlarının analizinə dair məqalə dərc ediblər. Həmin məqaləyə görə, Veneranın atmosferinin yuxarı qatlarında - nisbətən isti buludların yerləşdiyi təqribən 50-60 kilometr yüksəklikdə fosfin qazı ola bilər. Həmin buludlarda su kifayət qədər çoxdur və kimyəvi aqressiv birləşmələr nisbətən azdır.
Yerdə bu qazı yaşayış üçün oksigenə ehtiyacı olmayan bəzi anaerob orqanizmlər istehsal edir. Alimlər güman edirlər ki, bu cür orqanizmlər Venerada da ola bilər, çünki bu planetin səthində oksigen izi tapılmayıb.
Astronomlar Leyden Universitetinin (Niderland) professoru İqnas Snellanın rəhbərliyi ilə həmkarlarının gəldiyi nəticəni yenidən yoxlamağı qərara alıblar. Alimlər nəticələrin statistik etibarlılığını dəyərləndirməyə, həmçinin müstəqil şəkildə Veneranın atmosferində fosfinin mövcud olub-olmamasını məlumatların digər analizi metoduna əsasən müəyyənləşdirməyə çalışıblar.
Analiz göstərib ki, fosfinin “kəşfi” yalan siqnal ola bilərdi. Məsələ Qrivs və onun həmkarlarının məlumatı səs-küydən təmizləmək üçün istifadə etdikləri metoddadır. Həmin səbəbdən spektral analizin nəticələrində “Nature” jurnalındakı məqalə müəlliflərinin Veneranın səthindən 60 kilometr yüksəklikdə aşkar etdikləri siqnallara bənzəyən çoxsaylı yalan siqnallar meydana gələ bilər.
Niderlandlı tədqiqatçıları ümumilikdə beş yalan siqnal müəyyənləşdiriblər. Həmin siqnallar Venerada fosfinin, habelə digər bir neçə qazın olduğunu göstərirdi ki, əslində həmin qazlar orada olmalı deyil.
Siqnalın alternativ metodla təmizlənməsindən sonra alimlər fosfinlə bağlı cəmi bir siqnal tapıblar. Həmin siqnal isə Veneranın atmosferində sözügedən qazın olmasına dair real iz hesab edilməsi üçün çox zəifdir. Lakin astronomların əks fikir söyləmək üçün əsasları yoxdur.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ