Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Okt 15:51Olke
İcbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib
Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiqlənib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, qaydaya əsasən, icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotu fərdi identifikasiya nömrəsinə (FİN) əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya sistemində aparılır.
Fərdi uçot icbari tibbi sığorta üzrə hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Sığortaolunan isə sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslərdir. Sığortaolunanların fərdi uçotu Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə Agentliyin elektron informasiya sisteminə ötürülməsi yolu ilə həyata keçirilir.
Sığortaolunanın fərdi uçot məlumatlarına əlçatanlığının təmin edilməsi məqsədilə Agentlik sığortaolunanın fərdi şəxsi hesabını yaradır və Vahid Giriş Sistemi (“Asan Login”) vasitəsilə şəxsi hesaba giriş imkanlarını təmin edir.
Fərdi uçotun aparılması zamanı sığortaolunana dair şəxsiyyətini təsdiq edən sənədin tipi, seriyası, nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), vətəndaşlığı, adı, soyadı, atasının adı, doğulduğu tarix, cinsi, qan qrupu, yaşadığı ünvan, işlədiyi müəssisənin ünvanı, işçinin işə başlama tarixi, işçinin işdən çıxma tarixi, pensiyaçının məşğulluq vəziyyəti, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), qeydiyyat ünvanı, fəaliyyət ünvanı, ananın fərdi identifikasiya nömrəsi (FİN), ölüm tarixi, ölüm haqqında sənədin verilməsi tarixi, doğuşun baş verdiyi tarix kimi məlumatlar toplanılır.
Fərdi uçot hər bir şəxsin sığortaolunan kimi indentifikasiyası və icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən istifadə hüququnun təmin edilməsi məqsədilə aparılır. Sığortaolunanların fərdi məlumatları əsasında onlara dair ödənilmiş və hesablanmış sığorta haqları, sığorta ödənişlərinin məbləğləri, ödənilməli olan sığorta haqları, icbari tibbi sığorta şəhadətnaməsi barədə məlumat fərdi şəxsi hesablarında toplanılır.
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi