Sorğu
Оцените работу движка

21 Okt 13:31Olke

BMT 2020-ci ildə dünya ticarətində 7-9 faiz azalma proqnozlaşdırır

BMT 2020-ci ildə dünya ticarətində 7-9 faiz azalma proqnozlaşdırır
Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə qlobal ticarətdə azalma keçən ilə nisbətən 7-9 faiz təşkil edəcək.

Sözügedən proqnoz Birləşmiş Millətlər Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən verilib.

“2020-ci ilin üçüncü rübünün sonunda dünya ticarətində keçən ilin eyni dövrünə nisbətən beş faiz azalma qeydə alınıb. Eyni zamanda, bu nəticə enişin 19 faizə çatdığı ikinci rübə nisbətən xeyli yaxşıdır”, - deyə mütəxəssislər izah edirlər.

Bildirilir ki, dördüncü rübün ilkin proqnozlarına görə qlobal ticarət qırmızı zonadan çıxa bilməyəcək və 2019-cu ilin dördüncü rübünə nisbətən 3 faiz aşağı olacaq.

UNCTAD Çin ticarətində nəzərəçarpacaq canlanmaya diqqət çəkir:

“Pandemiyanın ilk aylarında azalma yaşayan bu ölkənin ixracı ikinci rübdə sabitləşdi və üçüncü rübdə güclü bir şəkildə artdı”.

Mütəxəssislər hesab edirlər ki, Çin üçün ticarət artım nisbətləri 2020-ci ilin sonuna qədər təxminən 10 faiz olacaq:

“Digər böyük iqtisadiyyatlardan fərqli olaraq, Çin idxalı iyul və avqust aylarında sabitləşdi və sentyabr ayında 13 faiz artdı”.

Koronavirusla mübarizə ilə əlaqəli tibbi ləvazimat ticarəti aprel ayından bəri orta hesabla 50 faizdən çox artıb. Bu artımdan adambaşına yüksək gəliri olan ölkələrin daha çox qazandığı qeyd edilir.









Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi