Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Okt 11:27Olke
Azalan tələbat fonunda hasilatla bağlı məhdudiyyət planına yenidən baxılması üçün OPEC-ə təzyiqlər artır
OPEC və qeyri-OPEC neft istehsalçısı ölkələrin (“OPEC+”) nümayəndələri oktyabrın 19-da görüş keçirəcəklər.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, iclasda neft tədarükü ilə bağlı hər hansı qərarın qəbul edilməsi gözlənilmir. Lakin bununla yanaşı, pandemiya səbəbindən yenidən azalan tələbat fonunda neft hasilatı üzrə məhdudiyyət planına yenidən baxılması üçün koalisiya üzərində təzyiq artır.
Belə ki, son zamanlarda koronavirusa yoluxma hallarının artması nəticəsində neftə olan tələbat yenidən təhlükə altındadır. Dekabradək tədarüklə bağlı qərarın qəbul edilməsi gözlənilmir, lakin Səudiyyə Ərəbistanı ilə Rusiya arasında danışıqlar artıq başlayıb.
Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Al Saud arasında bir həftə ərzində iki dəfə telefon danışığı olub. İki lider sonuncu dəfə apreldə yaşanan neft böhranı zamanı həftədə iki dəfə danışmışdılar. O zaman tədarükü azaltmaq və qiymət müharibəsini bitirmək üçün həll yolları axtarılırdı.
Hazırda neftin bir barrelinin qiyməti təxminən 40 dollar civarındadır. Lakin Liviyanın neft hasilatı artır. Beləliklə də, tədarük məhdudiyyətlərini yumşaltmaq üzrə plana yenidən baxılması üçün OPEC-ə təzyiqlər də artır. Onsuz da gündəlik 2 milyon barrel azaldılan istehsal, yanvar ayında daha 1,9 milyon barrel aşağı salınacaq.
“OPEC+” koalisiyasının üzvləri plana sadiq olsalar da, OPEC-in baş katibi Məhəmməd Barkindo həftə ərzində açıqlamasında neft tələbatının aşağı olduğunu və bazarın yenidən pisləşməməsi üçün hərəkətə keçəcəklərini söyləyib. OPEC-in hesabatlarında da yeni tədarük bolluğu riski önə çəkilir.
Sektordakı nüfuzlu şəxslər “OPEC+”un gözlənilər istehsal artımlarına qarşı diqqətli olmasının vacibliyini vurğulayırlar. “Mercuria Energy Group” şirkəti, “JPMorgan Chase & Co” daxil olmaqla digər banklar və Beynəlxalq Enerji Agentliyi (IEA) kimi təşkilatlar bazarın hələ də “kövrək” olduğunu bildirir.
Oktyabrın 19-da OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasda yuxarıda sadalanan məsələlər qiymətləndirilə bilər. Lakin tədarüklə bağlı qərar 30 noyabr - 1 dekabr tarixlərində daha geniş iştirakçı ilə keçiriləcək nazirlər toplantısında müzakirə ediləcək.
Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barrel azaldıb. Bununla da Azərbaycan sentyabrda “OPEC+” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.
Xatırladaq ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust-31 dekabr tarixlərini əhatə edir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ