Sorğu
Оцените работу движка

19 Okt 11:19Olke

Bəhreyn və İsrail rəsmi diplomatik əlaqələr qurdular

Bəhreyn və İsrail rəsmi diplomatik əlaqələr qurdular
Bəhreyn və İsrail arasında rəsmi olaraq diplomatik münasibətlər qurulub.

XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, krallığın xarici işlər naziri Abdel Latif bin Rashed az-Zayani bildirib ki, müvafiq müqavilə bazar günü Manamada İsrail nümayəndə heyətinin səfəri zamanı imzalanıb.

"İsrail ilə diplomatik əlaqələrin qurulması barədə müqavilə imzaladıq. Biz sülh və dialoq yoluna sadiqik, Orta Şərqdə ədalətli və hərtərəfli barışıq təmin edilməlidir. İki dövlətin - İsrail və Fələstinin birlikdə yaşamasına dair qərar beynəlxalq qətnamələr və 2002 Ərəb sülh təşəbbüsünə uyğun olmalıdır", - az-Zayani deyib.

Ümumilikdə Manamada maliyyə, iqtisadiyyat və kənd təsərrüfatı daxil olmaqla müxtəlif sahələrə aid yeddi qarşılıqlı anlaşma və əməkdaşlıq memorandumu imzalanıb.

Bildirilir ki, Fələstin bu müqavilələrə qətiyyətlə qarşı çıxıb və səfirlərini Əbu-Dabi və Manamadan geri çağırıb.










Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi