Yeni XəbərLər
				
	“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
	31.12
	"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
	19.10
	Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
	20.09
	Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
	20.09
	FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
	14.09
	BAKIDA BU YOLLARDA SIXLIQ VAR
	12.09
				
					Arxiv
				
					Sorğu
				
				Оцените работу движка
		18 Okt 12:13Olke
	
	Milli Məclisin Sədri Vitali Milonovun Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfəri ilə bağlı Dövlət Dumasının Sədrinə məktub ünvanlayıb
		Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, məktubda başçılıq etdiyi nümayəndə heyətinin keçən ay Rusiya Federasiyasında rəsmi səfərdə olmasını və rus həmkarları ilə keçirdikləri görüşləri xoş təəssüratlarla xatırlayan Sahibə Qafarova əmin olduğunu söyləyib ki, həmin səfər qarşılıqlı əlaqələrimizin bundan sonra da inkişafına mühüm töhfələr verəcək.
Məktubda daha sonra diqqətə çatdırılır ki, bu il oktyabrın 16-da Dövlət Dumasının deputatı, Vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklər məsələləri Komitəsinin üzvü, “Vahid Rusiya” fraksiyasının üzvü Vitali Milonov Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər edib və orada qondarma, separatçı qurumun başçısı ilə görüşərək bir sıra təxribatçı fikirlər səsləndirib.
Qeyd olunur ki, Dövlət Dumasının deputatı tərəfindən separatçı rejimin nümayişkaranə şəkildə dəstəklənməsi bizdə dərin təəssüf və qınaq doğurur.
Bildirilir ki, Rusiyanın ali qanunvericilik və nümayəndəlik orqanının deputatının bu cür davranışı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir, Azərbaycanın Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında mövcud olan yüksək səviyyəli parlamentlərarası əlaqələrlə ziddiyyət təşkil edir.
Nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının rəsmi orqanlarının müvafiq icazəsi olmadan hər hansı şəxsin Dağlıq Qarabağa səfəri ölkə qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır. Azərbaycan Respublikasının beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizə apardığı şəraitdə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya Federasiyasının vasitəçiliyini nəzərə aldıqda V.Milonovun qanundankənar əməlləri qətiyyən qəbuledilməzdir.
Azərbaycan parlamentinin Spikeri bundan sonra bu kimi qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.
Məktubda həmçinin təəssüf hissi ilə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri bu yaxınlarda Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə olunmuş atəşkəs rejiminin arxasında gizlənərək işğalçı siyasətini və hərbi cinayətlərini davam etdirir. Milli Məclisin Sədri oktyabrın 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsdən sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki əhali arasında ağır itkilərə səbəb olduğunu söyləyən Sahibə Qafarova Ermənistan tərəfindən törədilən bu vandalizm aktının beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.
Məktubun sonunda Sahibə Qafarova beynəlxalq ictimaiyyətin Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacağına və təcavüzkar ölkənin əməllərinə düzgün qiymət verəcəyinə ümidvar olduğunu ifadə edib.
Sənəm Əliyeva
	
Yorum ekle
		
						Xəbərlər
						
							“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
						
							Istifadəçi Girişi
						
							Populyar Xəbərlər