Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
15 Okt 11:11Olke
Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə görüşüb
Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsaqzai ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya istiandən, Respoublikaxəbər.az-a verilən məlumata görə, Spiker bildirib ki, Azərbaycan dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən BMT ilə əlaqələrin inkişafına böyük önəm verir. O, təşkilatın Bakıdakı ofisinin ölkədə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Sədr BMT-nin bu münaqişəyə dair qəbul etdiyi 4 qətnamənin bu günədək yerinə yetirilməməsini təəssüf hissi ilə qeyd edib. Bildirilib ki, Ermənistan BMT kimi nüfuzlu bir təşkilatın qərarlarına məhəl qoymayaraq, işğalçılıq siyasətindən əl çəkmir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti heç bir nəticə verməyib. Yeni ərazilər iddiasına düşmüş Ermənistan isə təxribatlarını davam etdirir. Bu da regionda gərginliyin artmasına səbəb olur.
Spiker Ermənistan silahlı qüvvələrinin Azərbaycanın iri şəhərlərini, rayon mərkəzlərini və kəndləri artilleriya atəşinə, raket hücumlarına məruz qoyduğunu, mülki əhalini və mülki obyektləri hədəfə aldığını bildirib.
Qeyd edilib ki, yaranmış vəziyyətlə əlaqədar Milli Məclis bir sıra ölkələrin parlamentlərinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.
Sədr deyib ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Ermənistan isə hər dəfə beynəlxalq hüquqa məhəl qoymadığını öz davranışları ilə bütün dünyaya nümayiş etdirir.
BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsaqzai münaqişə ilə bağlı təmsil etdiyi qurumun mövqeyini bir daha diqqətə çatdırıb. Qulam İsakzai problemin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib.
Sonra qonaq qlobal pandemiya - COVİD-19-a qarşı mübarizədə Azərbaycanın təşəbbüslərini və gördüyü işləri təqdir edib. Qeyd edilib ki, bu məsələdə BMT-nin Bakı ofisi TƏBİB ilə daim əlaqə saxlayır və növbəti illər üçün Azərbaycan dövləti ilə birgə görüləcək işlərin planı hazırlanır.
Görüşdə BMT ilə ölkəmiz arasında əməkdaşlığın inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib