Sorğu
Оцените работу движка

15 Okt 11:09Olke

İstanbulda Azərbaycana növbəti dəstək mitinqi keçirilib

İstanbulda Azərbaycana növbəti dəstək mitinqi keçirilib
İstanbulun Bağçılar rayonundakı Dostluq Parkında ölkəmizə dəstək mitinqi keçirilib. Tədbir Türkiyədə fəaliyyət göstərən Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, mitinqə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Hüseynova, Bağçılar bələdiyyəsinin, müxtəlif təşkilatların rəhbərləri qatılıblar. Tədbirdə Hazarfem dərnəyinin sədri Nuran Acar, Baş konsul Nərminə Hüseynova və başqaları çıxış ediblər. Azərbaycan dövlətinin qətiyyətli, haqlı və ədalətli mövqeyi nəticəsində küncə sıxışdırılan işğalçı Ermənistanın ölkəmizin müharibə zonasından uzaqda yerləşən şəhər və rayonlarını, mülki yaşayış məntəqələrini və obyektlərini raket zərbələrinə məruz qoyması kəskin şəkildə pislənilib. Ermənistanın siyasi rəhbərliyinin yol verdiyi hərbi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyi vurğulanıb.

Müzəffər Azərbaycan ordusunun torpaqlarımızı erməni işğalından azad edəcəyinə inam və əminlik ifadə edilib, "Qarabağ Azərbaycandır!" və digər şüarlar səsləndirilib.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, şəhidlərimizin şəkillərinin nümayiş olunduğu tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin ruhuna dualar oxunub.







Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi