Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Okt 10:21Olke
Azərbaycan Ədalətli Oyunlar Komissiyası beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası (AzƏOK) Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı, eləcə də bu qurumlara üzv olan Ədalətli Oyunlar komissiyalarına bəyanat ünvanlayıb.
AzƏOK-dan XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a bildiriblər ki, bəyanatda torpaqlarımızı işğal edən Ermənistanın Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozaraq məqsədyönlü şəkildə törətdiyi növbəti təxribat qətiyyətlə pislənilib. Bildirilib ki, 30 ilə yaxındır Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalır: “1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı, 2020-ci ilin iyulunda bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda həyata keçirilən Tovuz təxribatı, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin hədəfə alınması bu işğalçı siyasətin bariz nümunələridir”.
Bəyanatda qeyd olunub ki, Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllinə, hər iki xalqın dinc, yanaşı yaşamasına tərəfdardır. Lakin bütün cəhdlərə baxmayaraq, Ermənistan tərəfi danışıqlardan boyun qaçırır və müharibə təhlükəsini alovlandırmağa çalışır.
“Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistana işğalçılıq siyasətindən əl çəkməsi ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, buna heç bir məhəl qoyulmayıb.
AzƏOK üzünü Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı üzvlərinə tutaraq, Ermənistan dövlətinin işğalçılıq siyasətini dayandırması, işğal edilmiş Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz azad etməsi, Ermənistan hökumətinin beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsi məsələsində Azərbaycanı ədalət prinsipləri çərçivəsində dəstəkləməyə çağırır”, - deyə bəyanatda vurğulanıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi