Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Okt 10:20Olke
İtalyan tədqiqatçı: Dağlıq Qarabağ münaqişəsinin dinlə heç bir əlaqəsi yoxdur
Nüfuzlu “Euractiv” media şəbəkəsinin italyan versiyası olan “Euractive.it” portalında Romanın La Sapienza universitetinin dosenti Daniel Pommier Vinçellinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi: tarix və din ilə heç bir əlaqəsi yoxdur” sərlövhəli məqalə dərc olunub.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, müəllif məqalədə Ermənistan tərəfindən qəsdən və məqsədli şəkildə iddia edildiyinin əksinə olaraq, Dağlıq Qarabağ münaqişəsinin dini mahiyyət daşımadığını və din ilə heç bir əlaqəsinin olmadığını izah edir.
Məqalədə XX əsrin sonlarına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində etnik, milli və dini birgə yaşayışın hökm sürdüyü, regionun çoxmilli xarakter daşıdığı və tarixən həm etnik erməni, həm də azərbaycanlı qrupların yaşadığı yer olduğu diqqətə çatdırılır. D.Pommier regionun mürəkkəb tarixini başa düşmək üçün nümunə kimi, XVIII əsrdə ərazidə yaşayan xristian və müsəlmanların başqalarına müharibə etmək üçün öz aralarında ittifaqa girə bildiyini, bu səbəbdən münaqişənin etnik və dini deyil, maddi məsələlərə görə baş verdiyini əsaslandırır. Qeyd edir ki, Qarabağ xanlığına aid olan Dağlıq Qarabağ bölgəsi buranın azərbaycanlı xanı və rus qoşunlarının başçısı Sisiyanov tərəfindən 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsi nəticəsində çar imperiyasının tərkibinə daxil edilmişdi və bu müqavilədə erməni azlıq barədə heç bir istinad yox idi. Eləcə də bölgə XX əsrin 20-ci illərində Stalin tərəfindən Ermənistandan qoparılmayıb. 1919-cu ildə ərazidəki yeganə Qərbə aid güc olan Böyük Britaniya Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini müvəqqəti tanımışdı və Paris Sülh konfransından qəti qərar gözləyirdi. Bu, sovetlər tərəfindən artıq mövcud olan vəziyyətin təsdiqi ilə yekunlaşmışdı.
Müəllifin fikrincə, münaqişənin, həmçinin dini mahiyyət daşıması və Türkiyənin “təcavüzünə” və hətta cihadizmə qarşı “xristian müqaviməti” olmasına dair iddialar qeyri-realdır. O bildirir ki, Azərbaycan din və dövlətin ayrı olduğu, müsəlmanlar, xristianlar və yəhudilərin dinc birgəyaşayışının təmin edildiyi dünyəvi dövlətdir. Bundan əlavə, Azərbaycan qonşusu İran kimi şiələrin üstünlük təşkil etdiyi bir ölkədir, İranın isə xristian Ermənistan ilə yaxın əlaqələri var. Bu səbəblərə görə D.Pommier münaqişənin dini xarakter daşımasını təsəvvür etməyin və onun səbəblərini tarixi legitimliyə bağlamağın yanlış olduğunu hesab edir. Vurğulayır ki, həll yolu beynəlxalq hüquqa əsaslanmalıdır. Çünki bu yol tarix və dinin asanlıqla ziddiyyət təşkil etdiyi məzmuna tətbiq oluna bilən yeganə vasitədir. O, Ermənistanın baş nazirinin istinad etdiyi “sivilizasiyaların toqquşması” iddiasını ötən əsrin 90-cı illərin cəlbedici nəzəriyyəsi olduğunu deyir, lakin bu nəzəriyyənin vaxtının artıq çoxdan keçdiyini bildirir. Eləcə də Dağlıq Qarabağda əlində silah xristianlığı mövcud olmayan İslam təhlükəsindən qorumağa hazır erməni keşişin şəklinin çox məyusedici olduğunu, bunun bir əlində xaç tutan, digər əli ilə isə romasayağı salam verən İtaliya Sosial Respublikasının keşişlərini xatırlatdığını vurğulayır. Məqalənin sonunda müəllif tarixi və dini unutmağa, müharibəyə konkret həll yolu tapmağa çağırış edir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
TEMP LİFT LTD ŞİRKƏTİ, ÖZ TEMPİ İLƏ GEDİR? YENİLƏNDİ
AZƏRİŞIĞIN ƏMƏKDAŞI JURNALİST ELYAZ YAZANA HÜCUM ÇƏKDİ
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
BU GÜN AZƏRBAYCANDA BƏLƏDİYYƏ SEÇKİLƏRİDİR
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib