Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Okt 16:52Olke
Azərbaycanın Ukraynadakı səfirliyinin MÜRACİƏTİ
Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna Ali Radasının sədri Dmitri Razumkova müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“İlk növbədə Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi adından Ukrayna Prezidenti Vladimir Zelenskinin bu yaxınlarda Çernovtsidə KİV nümayəndələri ilə ünsiyyət zamanı “son illər Ukrayna və Azərbaycan həm iqtisadi, həm də geosiyasi səviyyədə sıx münasibətlər qurublar. Buna görə də Ukrayna bu dövlətə dəstək mövqeyində durub və duracaq” deməsini dərin minnətdarlıq hissi ilə qeyd etmək istərdik. Bununla yanaşı, o vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi zonasında hərbi vəziyyətin kəskinləşməsi fonunda Ukraynanın münaqişə tərəflərindən hər hansı birinə hərbi yardım göstərməsindən söhbət gedə bilməz.
Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq deputat İlya Kivanın öz “Facebook” səhifəsində pravoslav xristianlarına “xristian və müsəlman dünyasının minillik qarşıdurmasına qoşulmağa və bu işdə Ermənistana yardım göstərməyə” çağırış edərək “Türkiyə və Ermənistan arasında müharibə” haqqında bu yaxınlardakı videomüraciəti ilə bağlı qəti hiddətimizi ifadə etməyə icazə verin. Hesab edirik ki, Ukrayna Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyinin vətəndaşların müraciətləri, habelə KİV-dəki materiallar əsasında bu gündən etibarən həyat tərzini yoxlamağa başladığı İ.Kivanın bu cür “çox gur ifadələri” onun çoxmillətli və çoxkonfessional Ukraynada da sülh və həmrəylik şəraitində yaşayan müxtəlif inanclı insanlara qarşı humanizmdən kənar münasibətini sübut edir.
Qeyd edək ki, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycandakı fərqli dinlərin dinc mənsublarına və Azərbaycan xalqının müqəddəs dini yerlərinə qarşı çoxillik təcavüzü nöqteyi-nəzərindən Ukrayna xalqının nümayəndələrinin bu cür “fikirləri” ölkələrimiz arasında strateji tərəfdaşlıq ruhuna cavab vermir və həm Azərbaycan və Türkiyənin, həm də Ukraynanın geniş ictimaiyyəti və dünya ictimaiyyəti arasında yalnız qəti hiddət doğurur. Bu cür təhrikçi çağırışlar təsdiq edilmiş Ukrayna Milli Təhlükəsizlik Strategiyası və Ukrayna Konstitusiyasının “müharibə, zorakılıq etniklərarası, irqi, dini ədavətin təbliğatının” qadağan edilməsi haqqında 37-ci maddəsi ilə ziddiyyət təşkil edir”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ