Sorğu
Оцените работу движка

05 Okt 09:17Olke

Bakıda mikroavtobus piyadanı vurduqdan sonra aşdı - FOTO

Bakıda mikroavtobus piyadanı vurduqdan sonra aşdı - FOTOBakıda mikroavtobus piyadanı vurduqdan sonra aşdı - FOTO



Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı mikroavtobus qəzaya uğrayıb.

APA-ya istinadən Respublikaxəbər.az xəbər verir ki, hadisə Biləcəri enişi kimi tanınan ərazidə qeydə alınıb.

60 yaşlı Əliş Məmmədov piyadalar üçün müəyyən edilməyən hissədən keçərkən onu “Hyundai” markalı mikroavtobus vurub. Daha sonra mikroavtobus idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Zərbənin gücündən “Hyundai” yerüstü körpünün beton divarına dəyib. Mikroavtobus deformasiyaya uğrayıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları gəlib.

Yaralı piyada Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidmətinin əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

“Hyundai” markalı mikroavtobusun sürücüsü Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.






Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi