Sorğu
Оцените работу движка

04 Okt 14:30Olke

TƏBİB: Bütün tibb işçilərinə göstərdikləri həmrəyliyə görətəşəkkür edirik

Son günlər Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumlarına layiqli cavabı, təcavüzkar qüvvələrə öz həddini göstərməsi hər birimizin ruhunda qürur və ləyaqət duyğusunu alovlandırır. Bu gün bütün dövlət qurumları, özəl müəssisələr - hər bir Azərbaycan vətəndaşı öz ordusunun yanındadır.

Bu barədə XeberOxu.Az-a istinadən, Respublikaxeber.az-a TƏBİB-dən bildiriblər.

Bildirilir ki, təsadüfi deyil ki, müxtəlif sahələr üzrə ixtisaslı həkimlər də bu nəcib təşəbbüsə qoşulur və TƏBİB-in elektron poçt ünvanı və sosial şəbəkə hesabları vasitəsilə könüllü olaraq yaralı əsgərlərimizin müalicə prosesində iştirak etmək niyyətlərini ifadə edirlər.

Bütün tibb işçilərinə göstərdikləri həmrəyliyə görə TƏBİB adından təşəkkür edir, eyni zamanda bildiririk ki, hal-hazırda yaralı hərbçilərimizin sağlamlığına bir an öncə qovuşması üçün maddi-texniki baza tam təmin edilmiş, səhiyyə müəssisələri komplekləşmiş və aidiyyatı ixtisaslı tibb işçiləri artıq fəaliyyətə başlamışdır, əlavə resurslara zərurət yoxdur.

Bir daha təmannasız xidmətə hazır olan bütün tibb işçilərinə minnətdarlığımızı bildirir, Azərbaycanın müzəffər ordusunun qələbəsinə əminliyimizi ifadə edirik.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi